Siyasət

Qarabağa gələcək Türkiyə kontingenti niyə yubanır?

1 Dekabr, 2020
840
"Birgə bəyanatın şərtlərini həyata keçirmək üçün dekabrın 1-dək müddət verilib. Türkiyəli müşahidəçilərin gəlişində hər hansı problem olacağını düşünmürəm”.

Bunu "Toplum TV”-yə açıqlamasında keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov deyib.


Noyabrın 10-da Azərbaycan-Rusiya-Ermənistan arasında imzalanmış atəşkəs bəyanatına əsasən, münaqişə bölgəsində Rusiya sülhməramlıları ilə birlikdə Türkiyə hərbçilərinin də yer aldığı monitorinq mərkəzi yaradılmalıdır.

Noyabrın 18-də Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın imzası ilə bu ölkənin hərbi qüvvələrinin Azərbaycana göndərilməsi haqqında qərar layihəsi Böyük Millət Məclisinə təqdim edilib və sənəd qəbul olunub. Qərara görə, Türkiyə hərbçiləri 1 il müddətinə Dağlıq Qarabağdakı Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzində fəaliyyət göstərəcəklər. Türkiyə hərbi kontingenti hələ də Azərbaycana daxil olmayıb.

"Bildiyim qədərilə Türkiyə hərbçilərinin bir hissəsi artıq Azərbaycandadır, müşahidə komissiyasında işləyəcək hərbçilər də gələcəklər. Burada problem yaradacaq bir əngəl olacağını düşünmürəm. Hələlik sülhməramlılar öz mandatları çərçivəsində düzgün bir şəkildə işləyirlər. Hər şey planlı olaraq həyata keçirilir” - siyasi şərhçi Zərdüşt Əlizadə belə deyir.

 
"Röyters” agentliyinin yazdığına görə (23 noyabr), Türkiyə Azərbaycan ərazisində müştərək mərkəzdən başqa, həm də özünün müşahidə postunun qurulmasında israr edir, Rusiya isə bununla razılaşmır.

Rəsmi Bakı məsələni nə təsdiq, nə də təkzib edib.

Türkiyənin keçmiş millət vəkili Sinan Oğan da "Azadlıq” radiosuna açıqlamasında Qarabağa sülhməramlıların yerləşdirilməsi məsələsində Moskva ilə Ankara arasında ciddi fikir ayrılığı yarandığını söyləyib: "Özəlliklə də Türkiyənin Dağlıq Qarabağda birgə monitorinq mərkəzindən başqa, bəzi yerlərdə öz ordusunu yerləşdirmək istədiyini, Rusiyanın buna qarşı çıxdığını bilirik”.

ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Riçard Kozlariçın ehtimalına görə, Rusiya və Türkiyə noyabrın 10-da açıqlanmış bəyanatı fərqli anlayırlar: "Rusiya Türkiyənin konflikt zonasından kənarda bir monitorinq mərkəzində təmsil olunmasını istəsə də, Türkiyə hərbçilərinin münaqişə zonasında olmasını istəyir”.
ABŞ dövlət katibinin keçmiş müşavirlərindən biri Pol Gobl Rusiya və Türkiyə arasındakı bu fikir ayrılığında yeganə qərarverici tərəfin Azərbaycan olduğunu bildirib: "Azərbaycan xalqı və hökuməti öz ərazisində başqa bir ölkənin hərbi qüvvələlərinin yerləşdirilməsini istəyirsə, bu, Rusiyanın əməli deyil. Rəsmi Moskva özü buna nail olmağa çalışarsa, beynəlxalq hüquqa zidd olacaq. Rusiyanın əli zəifdir, amma yaxşı oynayır. Azərbaycanın Rusiyadan, Putin rejimindən başqa bir gözləntisi olmamalıdır. Bu ölkə Cənubi Qafqazda həqiqi sülhü heç vaxt istəməyib”.

Keçmiş nazir Tofiq Zülfüqarov isə Rusiya ilə Türkiyə arasında Qarabağla bağlı hansısa problemin olmadığını iddia edir: "Bu iki ölkə həm Suriyada, həm də digər yerlərdə əməkdaşlıq edirlər. Rusiya üçün bu məsələdə Türkiyə ilə əməkdaşlıq digər ölkələlərlə müqayisədə daha sərfəlidir. Hesab edirəm ki, Türkiyə kontingentinin ləngiməsi texniki problemlərlə bağlıdır. Onsuz da kontingentin bir hissəsi Azərbaycandadır, müşahidəçilərin gəlişində isə heç bir problem olmayacaq”.

Z.Əlizadə xatırladır ki, Rusiya prezidenti Vladimir Putin Azərbaycanın suveren dövlət olaraq bu məsələdə müstəqil qərar vermək haqqı olduğu deyib.

Nigar Səmədli

Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Siyasət

Bakı Moskva ilə əlaqələri daha da gücləndirmək istəyir

6 Mart 2024

Rəsmi səhifə

Martın 5-də Bakıda Azərbaycan və Rusiya arasında turizm və mədəniyyət, həmçinin Azərbaycan-Rusiya dövlət sərhədindən keçid məntəqələrinin və avtomobil yolu infrastrukturunun inkişafına dair ikitərəfli əməkdaşlığın gücləndirilməsi üzrə bir sıra sənədlər imzalanıb. Toplum TV xəbər verir ki, bu barədə Azərbaycan Nazirlər Kabinetinin Mətbuat xidməti məlumat yayıb.  Bildirilir ki, Rusiya Hökumətinin sədri Mixail Mişustin Bakıya iki günlük səfəri çərçivəsində Azərbaycan Baş naziri Əli Əsədov ilə görüş keçirilib. Görüş vaxtı tərəflər Azərbaycan-Rusiya strateji tərəfdaşlığının müxtəlif sahələrdə yüksək səviyyədə olduğunu bildiriblər. Həmçinin 2023-cü ildə qarşılıqlı ticarətin əldə olunmuş 4,3 milyard ABŞ dolları həcmində rekord səviyyəsindən məmnunluq ifadə ediblər.  "Nəqliyyat-tranzit sahəsi Azərbaycan-Rusiya əməkdaşlığının əsas istiqaməti kimi...
Siyasət

İranla münasibətlər bərpa olunur, azərbaycanlı diplomatlar qayıdacaq

6 Mart 2024

Açıq mənbələrdən götürülüb

Azərbaycan diplomatlarının tezliklə İrana qayıtmasına dair razılıq əldə olunub. Toplum TV xəbər verir ki, martın 5-də Ciddədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov iranlı həmkarı Hüseyn Əmir Abdullahian ilə görüşüb.  Görüş zamanı Azərbaycanın İrandakı Səfirliyinin əməkdaşını qətlə yetirən şəxsin məhkəməsinin nəticəsi ilə bağlı müzakirənin aparıldığı bildirilib.  https://toplum.tv/siyaset/piranda-azerbaycan-sefirliyine-huumlcum-etmis-sexs-edam-edilecekp Müzakirələrdən sonra Azərbaycan Respublikasının diplomatik nümayəndə heyətinin yaxın vaxtlarda İrana göndərilməsi ilə bağlı qərar qəbul edilib.  Xatırladaq ki, ötən il yanvarın 27-də Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə silahlı hücum olub. Hücum edən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin mühafizə xidmətinin iki əməkdaşı...

Seçilmiş Videolar

Toplum TV loqo