15:30, 30 İyul 2020 (Cümə axşamı) 446

Qəbələdə küçələrin birinə general Polad Həşimovun adı veriləcək

Qəbələdə küçələrin birinə general Polad Həşimovun adı veriləcək
Prezident İlham Əliyev şəhid general Polad Həşimovun xatirəsinin əbədiləşdirilməsi üçün Qəbələnin küçələrinin birinə adının verilməsi barədə tapşırıq verib.

Bu barədə "Report” məlumat yayıb.

Prezident Qəbələyə səfəri zamanı Vəndam kəndində doğulmuş general Polad Həşimovun qəhrəmanlığından danışıb və digər müvafiq tədbirlər barədə tapşırıqlarını verib.

Qeyd edək ki, Prezident İlham Əliyev Qəbələ rayonunda Əmirvan-Vəndam avtomobil yolu yenidənqurmadan sonra istifadəyə veriliməsi tədbirində iştirak edib.

Xatırladaq ki, general-mayor Polad Həşimov iyulun 14-də Azərbaycan-Ermənistan sərhədinin Tovuz rayonu istiqamətində düşmən təxribatının qarşısını alan zaman qəhrəmancasına şəhid olub. O, Bakıda II Fəxri xiyabanda dəfn edilib.