16:44, 26 Oktyabr 2020 (Bazar ertəsi) 77

Qırğızıstanda prezident seçkisi: hələ ki namizəd olmaq istəyən yoxdur

Qırğızıstanda prezident seçkisi: hələ ki namizəd olmaq istəyən yoxdur
Qırğızıstanda prezident seçkisinə qatılmaq istəyənlər noyabrın 15-nə kimi Mərkəzi Seçki Komissiyasına (MSK) müraciət etməlidirlər, ancaq hələ ki bunu edən olmayıb.
 
MSK sədri Abdizhapar Bekmatovun "24.kg” informasiya agentliyinə verdiyi məlumatda belə deyililir. 
 
Namizədlər dekabrın 3-dən gec olmayaraq imza vərəqlərini MSK-ya təqdim etməlidir. Onların qeydiyyatan keçməsi üçün son tarix 15 dekabr müəyyən edilib.

Qırğızıstanda növbədənkənar prezident seçkisi 10 yanvar 2021-ci il tarixinə təyin olunub. 
 
Ölkə konstitusiyasına görə, dövlət başçısı 6 il müddətinə, ümumi səsvermə yoluyla  seçilir. Eyni şəxs 2 dəfə prezident ola bilməz . 35 yaşdan böyük, 70 yaşdan kiçik, ən azı 15 il Qırğızıstanda yaşamış  vətəndaşların prezident seçkisinə qatılmaq hüququ var. 
 
Prezidentliyə namizədlərin sayında məhdudiyyət yoxdur. 30 min imza toplayan şəxslərin hamısı MSK-da qeydiyyatdan keçə bilərlər.