Sosial

Qiyabi təhsil alan tələbələr də yekun attestasiyadan azad ediliblər

20 May, 2020
565
"Pandemiya ilə əlaqədar əyani təhsilin sonuncu kursu üçün sadalanan bütün tələblər qiyabi təhsil alan sonuncu kurs tələbələrinə də aid ediləcək, yəni, onlar da yekun attestasiyadan azad olunurlar”. 

APA-nın məlumatına görə, Təhsil Nazirliyinin sektor müdiri Yaşar Ömərov bildirib. 

O qeyd edib ki, 1, 2, 3-cü kurslarda təhsil alan tələbələrin cari və aralıq qiymətləndirilməsi həmin ali təhsil müəssisəsinin özünün müəyyən etdiyi bala uyğun olacaq: "Əvvəl tələbə üçün 50 bal semestr ərzində, 50 bal imtahanda toplanırdı. İndi bu nisbəti ali təhsil müəssisəsi təhlillər apararaq dəyişə bilər. Bu, azaldılıb və ya çoxaldıla bilər, daha çox bal semestrə, daha az bal imtahan və ya əksinə verilə bilər. Bunu ali təhsil müəssisəsi Elmi Şuranın qərarı əsasında Təhsil Nazirliyi ilə təsdiqləməklə dəyişə bilər”. 

Sektor müdiri qeyd edib ki, əvvəl tələbə hər hansı fənn üzrə auditoriya dərsinin 25 faizindən çoxunu buraxdıqda imtahana buraxılmırdı. Hazırkı vəziyyətə görə bu hədd aradan qaldırılıb: "Bu müddəti ali və orta ixtisas təhsil müəssisəsi özü müəyyən edəcək”.

Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Sosial

Azad edilmiş ərazilərdə evlərini özləri inşa etmək istəyənlərin müraciətlərinə baxıla bilər

6 Mart 2024

Açıq mənbələrdən götürülüb

Azad edilmiş ərazilərdə evlərini özləri inşa etmək istəyən vətəndaşların müraciətlərinə baxıla bilər. Toplum TV xəbər verir ki, bu, Nazirlər Kabinetinin 2023-cü il üzrə fəaliyyəti haqqında hesabatında əks olunub. Qeyd edilib ki, yenidənqurma prosesi Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları üzrə işlənilmiş, Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş “İşğaldan azad edilmiş ərazilərin Ümumi Planı” əsasında həyata keçirilir.  https://toplum.tv/sosial/psu-ve-kanalizasiya-probleminin-helline-milyardlarla-manat-teleb-olunurp Hesabatda bərpa və yenidənqurma, eləcə də sərmayələrin cəlb edilməsi işində özəl sektor və vətəndaş cəmiyyəti ilə əməkdaşlığın əhəmiyyət kəsb etdiyi vurğulanıb. Belə ki, bunun büdcə vəsaitinə qənaət edilməsinə şərait yaradacağı bildirilib.  “Bərpa-quruculuq proseslərində iştirak etmək istəyən şəxslər tərəfindən konkret müraciətlər olacağı təqdirdə, onlara yaşayış...
Sosial

Din xadimlərinin attestasiyasına başlanılıb

4 Mart 2024

Açıq mənbələrdən götürülüb

İslam dininə aid ibadət yerlərində və ziyarətgahlarda çalışan din xadimlərinin attestasiyasına başlanılıb. Toplum TV xəbər verir ki, bu barədə martın 4-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) məlumat yayıb. Bildirilib ki, bu məqsədlə Attestasiya Komissiyası yaradılıb. Komissiyada DQİDK və Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) nümayəndələri ilə yanaşı, ilahiyyatçı alimlər təmsil olunurlar. https://toplum.tv/sosial/pemin-emrullayev-azerbaycan-elmine-ayrilan-maliyye-azdirp Attestasiya prosesində fəaliyyət dövrünün 5 ilini tamamlamış 64 din xadiminin iştirakı nəzərdə tutulur. Attestasiyanın martın 6-da başa çatması planlaşdırılır. Qeyd edək ki, “Dini etiqad azadlığı haqqında” qanuna görə, “İslam dininə aid ibadət yerlərinə və ziyarətgahlara din xadiminin təyin olunması, attestasiyası və tutduğu vəzifədən azad edilməsi Qaydası”na əsasən, İslam...

Seçilmiş Videolar

Toplum TV loqo