06:09, 24 Oktyabr 2020 (Şənbə) 89

Qondarma "DQR" rəhbəri Putinə müraciət etdi

Qondarma
Oktyabrın 23-də "DQR”-in başçısı Araik Harutyunyan öz "Feysbuk” səhifəsindən Rusiya prezidenti Vladimir Putinə müraciət edib.

Rusiya  və "DQR" əlaqələrinin yüz illik tarixi olduğunu yazan Aarutyunyan Rusiyanın çətin günlərdə onlara dəstək olan qardaş ölkə olaraq gördüyünü bildirib.
Sonda o, Rusiya prezidentindən kömək istəyib;

 "Hörmətli Vladimir Vladimiroviç, dünyada və bölgəmizdə böyük şəxsi nüfuza sahib bir şəxs və lidersiniz. Sizdən Azərbaycan-Qarabağ münaqişəsi zonasında hərbi əməliyyatları dayandırmaq və siyasi   prosesləri bərpa etmək üçün mümkün olan hər şeyi etmənizi xahiş edirəm”.