Siyasət

Qoşqar Məmmədov: Qurban Məmmədov Londondadır

17 Sentyabr, 2020
1056
Hüquqşünasın həbs xəbəri təkzib olundu

"AzerFreedom” internet televiziyasının rəhbəri Qurban Məmmədovun sentyabrın 17-də Türkiyədə saxlanıldığı bildirilsə də, sonradan xəbər təkzib edilib.

Bu barədə məlumatı hüquqşünasın oğlu Qoşqar Məmmədov yayıb.

O bildirib ki, Qurban Məmmədov Londondadır və onunla bağlı hər hansı bir problem yoxdur.

Bundan sonra Qoşqar Məmmədov "Facebook” səhifəsində atasının həbsi və İngiltərəyə qayıtması barədə yazdığı xəbərləri də silib.

Qoşqar Məmmədov atasının həbsi ilə bağlı yazdığı xəbərdə onun Türkiyədə saxlandığını qeyd etmişdi: "Türkiyədə saxlanıldığı yerdən başqa bir yerə köçürüləcəyini deyib. Onu xüsusi təyinatlı polislərdən ibarət bir qrupla harasa aparıblar, yanlarında olan yaxın yoldaşımız hər nə qədər çalışsa da, Qurban bəyin haraya aparıldığını öyrənə bilməyib. Başqa bir tərəfdən isə aldığımız xəbərə görə Bakıdan bir qrup adam Qurban bəyin saxlandığı yerə gedib və polislərlə orada danışıqları, hətta mübahisələri olub. Bu danışıqlardan sonra Qurban bəyi naməlum bir yerə aparıblar”.

"Polislər bu səbəbdən xüsusi təyinatlıları dəvət ediblər. Sonra isə Qurban bəyi aparanlarla və şəxsən özü ilə heç cür əlaqə saxlaya bilməyiblər!”, - o qeyd edib.

Qoşqar Məmmədovun sözlərinə görə, atasının Türkiyə səfəri barədə İngiltərə polisinin və başqa bir neçə beynəlxalq təşkilatın xəbəri olub: "Əgər Qurban bəyin Azərbaycana aparılması məsələsi olarsa, bu hansı səviyyədə diplomatik problemlər yaradacaq, Azərbaycan hakimiyyəti bu addımı ilə bütün beynəlxalq qanunlara hansı münasibətinin olduğunu bir daha nümayiş etdirmiş olacaq!”.

Qoşqar Məmmədov atasının həbs olunması və İngiltərəyə qayıtması ilə bağlı xəbərləri niyə sildiyinə dair suallara aydınlıq gətirməyib.

O, sadəcə, "əlavə narahatlığa ehtiyac yoxdur, axşam efirdə olmalıdır”, - deyə qeyd edib.

Qurban Məmmədov 1959-cü ildə Babək rayonunun Cəhri kəndində anadan olub. O, orta təhsilini 1966-1976-cı illərdə Ordubad rayonunda Füzuli adına orta internat məktəbində alıb.1982-1987 -ci illərdə BDU-da hüquq fakültəsində təhsil alıb.

1987-ci ildə təyinatla göndərildiyi Sabirabad hüquq məsləhətxanasında vəkil kimi əmək fəaliyyətinə başlayıb.

Qurban Məmmədov 1989-cu ilin iyun ayında yeni yaranmış Azərbaycan Xalq Cəbhəsinin (AXC) Sabirabad Rayon Şöbəsinin sədri seçilib.

O, 1995-1998-ci illərdə Vəkillər Kollegiyasının üzvü olub. Qurban Məmmədov 1998-ci ildə 5 il azadlıqdan məhrum edilib. Eyni zamanda, 2013-cü ildə 3 il müddətinə azadlıqdan məhrum olunub, 1 il sonra əvf edilib.

Qurban Məmmədov 2016-cı ildə Böyük Britaniyaya mühacirətə gedib və Londonda açdığı "AzerFreedom” internet kanalı vasitəsilə Azərbaycan hakimiyyəti və müxalifəti barəsində sərt tənqidlər edib.

Sentyabrın 8-də Azərbaycan hökuməti  Qurban Məmmədov da daxil olmaqla Avropa ölkələrində məskunlaşan Orduxan Bəbirov, Orxan Ağayev, Rəfael Piriyev, Əli Həsənəliyev, Tural Sadıqlı, Süleyman Süleymanlı haqqında axtarış elan edib.

Baş Prokurorluğun yaydığı məlumatda adları çəkilən şəxslər haqqında Cinayət Məcəlləsinin 12.1, 34.2, 220.2 və 12.1, 34.2, 281.2-ci maddələri ilə cinayət işi açıldığı bildirilib. Eyni zamanda, onların haqqında Nəsimi Rayon Məhkəməsi həbs qətimkan tədbiri seçib.

Baş Prokurorluğun açıqlamasından sonra Qurban Məmmədov bir həftə ərzində Azərbaycana qayıdacağını bildirib.

Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Siyasət

Bakı Moskva ilə əlaqələri daha da gücləndirmək istəyir

6 Mart 2024

Rəsmi səhifə

Martın 5-də Bakıda Azərbaycan və Rusiya arasında turizm və mədəniyyət, həmçinin Azərbaycan-Rusiya dövlət sərhədindən keçid məntəqələrinin və avtomobil yolu infrastrukturunun inkişafına dair ikitərəfli əməkdaşlığın gücləndirilməsi üzrə bir sıra sənədlər imzalanıb. Toplum TV xəbər verir ki, bu barədə Azərbaycan Nazirlər Kabinetinin Mətbuat xidməti məlumat yayıb.  Bildirilir ki, Rusiya Hökumətinin sədri Mixail Mişustin Bakıya iki günlük səfəri çərçivəsində Azərbaycan Baş naziri Əli Əsədov ilə görüş keçirilib. Görüş vaxtı tərəflər Azərbaycan-Rusiya strateji tərəfdaşlığının müxtəlif sahələrdə yüksək səviyyədə olduğunu bildiriblər. Həmçinin 2023-cü ildə qarşılıqlı ticarətin əldə olunmuş 4,3 milyard ABŞ dolları həcmində rekord səviyyəsindən məmnunluq ifadə ediblər.  "Nəqliyyat-tranzit sahəsi Azərbaycan-Rusiya əməkdaşlığının əsas istiqaməti kimi...
Siyasət

İranla münasibətlər bərpa olunur, azərbaycanlı diplomatlar qayıdacaq

6 Mart 2024

Açıq mənbələrdən götürülüb

Azərbaycan diplomatlarının tezliklə İrana qayıtmasına dair razılıq əldə olunub. Toplum TV xəbər verir ki, martın 5-də Ciddədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov iranlı həmkarı Hüseyn Əmir Abdullahian ilə görüşüb.  Görüş zamanı Azərbaycanın İrandakı Səfirliyinin əməkdaşını qətlə yetirən şəxsin məhkəməsinin nəticəsi ilə bağlı müzakirənin aparıldığı bildirilib.  https://toplum.tv/siyaset/piranda-azerbaycan-sefirliyine-huumlcum-etmis-sexs-edam-edilecekp Müzakirələrdən sonra Azərbaycan Respublikasının diplomatik nümayəndə heyətinin yaxın vaxtlarda İrana göndərilməsi ilə bağlı qərar qəbul edilib.  Xatırladaq ki, ötən il yanvarın 27-də Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə silahlı hücum olub. Hücum edən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin mühafizə xidmətinin iki əməkdaşı...

Seçilmiş Videolar

Toplum TV loqo