18:19, 22 Sentyabr 2020 (Çərşənbə axşamı) 364

Qüdrət Həsənquliyev tək deyil

Qüdrət Həsənquliyev tək deyil
"Bu qadın əlinə silah alıb Azərbaycan torpaqlarında bizə göz dağı verir. Neyləyək indi? Erməni qadınıdır deyə gəlib başımızda oturmalıdır?” 

Deputat Fəzail Ağamalı BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyevin Ermənistan prezidenti Nikol Paşinyanın xanımı Anna Hakobyan haqqında dediyi sözləri "Toplum TV”yə şərh edərkən belə deyib. 

Q.Həsənquliyev "Azərbaycan 24” saytına müsahibəsində "Paşinyan Tovuz  istiqamətində erməni silahlı qüvvələrinin təxribat xarakterli hücumunu təşkil etdi. Bundan sonra səfərbərlik elan edib, arvadının da əlinə silah verib Qarabağa yolladı. Əminəm ki, əsgərlərimiz Paşinyanın arvadını əsir götürəcəyi anı səbirsizliklə gözləyirlər” deyib. 

Müharibənin özünəməxsus qanunları olduğunu deyən Fəzail Ağamalı hesab edir ki, qadın və ya kişi olmasında asılı olmayaraq əlinə silah alıb Azərbaycan əsəgərini öldürən hər kəs öldürülməli, təslim olanlarsa əsir götürülməlidir. Qüdrət Həsənquliyev məhz bu məntiqə söykənib və haqlıdır”. Fəzail Ağamalı deyir ki, bunun əksini düşünmək Paşinyanın arvadını dəstəkləmək deməkdir. 
 

 
Siyasi şərhçi Şahin Cəfərli və deputat Erkin Qədirli isə Q.Həsənquliyevin fikirlərini qeyri-ciddi hesab edirlər. 

"Qüdrət Həsənquliyevin fikirlərində heç bir məntiq görmürəm” - siyasi icmalçı Zərdüşt Əlizadə belə deyir. 

Şəbnəm Adil