19:32, 08 Sentyabr 2020 (Çərşənbə axşamı) 222

Ramiz Mehdiyev Əfv Komissiyasının sədri vəzifəsindən çıxarıldı

Ramiz Mehdiyev Əfv Komissiyasının sədri vəzifəsindən çıxarıldı
Prezidentin sentyabrın 8-də imzaladığı sərəncamla Prezident Administrasiyasının (PA) rəhbəri Samir Nuriyev komissiyanın sədri təyin edilib.

Sərəncama görə, Prezident Administrasiyasının Hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov, Prezident Administrasiyasının Qanunvericilik və hüquq siyasəti şöbəsinin müdiri, Azərbaycan Respublikası Birinci vitse-prezidentinin köməkçisi Gündüz Kərimov, Ədliyyə naziri Fikrət Məmmədov, Daxili işlər naziri Vilayət Eyvazov, Dövlət təhlükəsizliyi xidmətinin rəisi Əli Nağıyev, Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə, deputatlar Əhliman Əmiraslanov, Zahid Oruc, Fazil Mustafa, Azay Quliyev, Sədaqət Vəliyeva, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Aynur Sofiyeva, "525-ci qəzet”in baş redaktoru Rəşad Məcidov, "Konstitusiya” Araşdırmalar Fondunun rəhbəri Əliməmməd Nuriyev, "Xan Şuşinski” Fondunun rəhbəri Bəyimxanım Verdiyeva, Akademik Zərifə Əliyeva adına liseyin direktoru Mehriban Vəliyeva komissiyanın üzvü təyin ediliblər.

Əfv Məsələləri Komissiyasının Əsasnaməsi 2001-ci ildə təsdiq edilib.

Bu günə qədər komissiyanın sədri  prezident administrasiyasının sabiq  rəhbəri Ramiz Mehdiyev idi.
 
turan.az