13:23, 19 Noyabr 2020 (Cümə axşamı) 649

Ramiz Mehdiyev və Əli Həsənov yenidən vəzifələrindən azad ediliblər

Ramiz Mehdiyev və Əli Həsənov yenidən vəzifələrindən azad ediliblər
Prezidentin sabiq köməkçisi Əli Həsənov Dövlət İdarəçilik Akademiyasının Beynəlxalq münasibətlər və xarici siyasət kafedrasının müdiri, AMEA-nın prezidenti Ramiz Mehdiyev Dövlət qulluğu və kadr siyasəti kafedrasının müdiri vəzifələrindən çıxarılıb.

Bu barədə Dövlət İdarəçilik Akademiyasının mətbuat katibi Yusif Ağayev məlumat verib. O qeyd edib ki, akdemiyada kafedra müdiri seçkiləri müsabiqə əsasında aparılır: "Müsabiqə elan olunur və 1 aydan çox vaxt verilir. O  müddət ərzində həmin şəxslər müsabiqəyə sənəd vermədikləri üçün onların seçilməsi baş tutmayıb. Yeni şəxslər müsabiqəyə sənəd verib və seçiliblər". 

Y. Ağayev bildirib ki, bir çox kafedralarda da dəyişiklik olub. 

Əli Həsənovun indiyədək tutduğu vəzifəyə Azərbaycanın Gürcüstandakı sabiq səfiri Namiq Əliyev, R. Mehdiyevin indiyədək tutduğu vəzifəyə isə Rəcəb Rəhimli seçilib.