22:07, 04 Sentyabr 2020 (Cümə) 454

Rayonlara gediş-gəlişə icazə verildi

Rayonlara gediş-gəlişə icazə verildi
Bir sıra sahələrdə yumşalma tədbiri həyata keçiriləcək

Azərbaycanda sanitar-epidemioloji vəziyyətə uyğun olaraq sentyabrın 8-dən bir sıra sahələr üzrə əlavə yumşalma tədbirləri həyata keçiriləcək.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Operativ qərargah bildirib ki, göstərilən tarixdən etibarən Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonuna gediş-gəlişlə əlaqədar tətbiq olunmuş məhdudiyyətlər aradan qaldırılır (şəhərlərarası və rayonlararası sərnişindaşıma istisna olmaqla).

Eyni zamanda, ictimai iaşə obyektlərinin iş saatına dəyişiklik edilir: "6 iyul tarixli 237 nömrəli qərarına uyğun olaraq saat 00:00-a qədər ictimai iaşə obyektlərinin daxilində xidmət göstərilməsinə icazə veriləcək”.

Azərbaycanda tətbiq olunan xüsusi karantin rejimi sentyabrın 30-na qədər uzadılıb.

COVİD-19 pandemiyası ilə bağlı bu il martın 24-dən Azərbaycanda karantin rejimi elan edilib. Karantin avqustun 31-nə kimi uzadılıb. 

Gündəlik yoluxmada azalma olduğundan rejim aprelin 27-dən mərhələlərlə yumşaldılmışdı. Amma bu, əks proses doğurduğundan iyunun 21-dən Bakı və ölkənin bir çox yerlərində karantin yenidən sərtləşdirilib.
 
meydan.tv