Siyasət

“Rəsmi Bakının Arlem Dezirlə bağlı mövqeyinin ciddi əsasları var”

7 İyul, 2020
1127
"Deməzdim ki, Dezir hakimiyyətə Dunya Miyotoviçdən daha sərt mesajlar göndərib”, – "Turan” İnformasiya Agentliyinin direktoru Mehman Əliyev Toplum tv-yə açıqlamasında belə deyib. 

Azərbaycan hökuməti ATƏT-in mətbuat məsələləri üzrə nümayəndəsi Arlem Dezirin mandatının uzadılmasına blok qoyub.  Dunya Miyotoviçin xələfi Arlem Dezir fəaliyyəti boyu Azərbaycanda KİV-in və jurnalistlərin azadlığının pozulmasını tənqid edib. 

İyulun 6-da "Sərhədsiz Reportyorlar”ın baş katibi Kristof Delor öz "Twitter” hesabında yazaraq Azərbaycanı bu bloka son qoymağa çağırıb. 

Dezirə qarşı aqressiyadan təəccübləndiyini deyən Mehman Əliyev bu addımı hökumətin 3 ildir ki, məruz qaldığı tənqid və təzyiqlərə cavabı kimi dəyərləndirir. 
 

 
O hesab edir ki, Dezir həmişə öz mövqeyini diplomatik şəkildə bildirdiyindən Azərbaycan hökumətinin belə addım atması yalnız onun fəaliyyətini yox, daha geniş məsələləri əhatə edir. 

Onun fikrincə, Dezirin adının çəkilməsi formal xarakter daşıya bilər: "Ola bilsin ki, Qarabağ probleminin çözülməsində ATƏT-dən daha prinsipial mövqe qoymağı istəyirlər, amma bunu vurğulamırlar”.  

Müşfiq Ələsgərli: "Sərhədsiz Reportyorlar bu kimi məsələlərə qərəzli yanaşır”
 
 

Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli isə Toplum tv-yə açıqlamasında rəsmi Bakının Arlem Dezirlə bağlı sərgilədiyi mövqenin ciddi əsasları olduğunu qeyd edib. 

ATƏT-ə ünvanlanan bir sıra sualların, o cümlədən Qarabağ məsələsinin həllinin cavabsız qaldığını deyən Müşfiq Ələsgərli bu təşkilatın ikili standartlar yürütdüyünə diqqət çəkir. 

O, iddia edir ki, hazırda insan haqları, media azadlığı mövzusu əksər beynəlxalq təşkilatlar kimi ATƏT-in bəzi strukturları üçün də manipulyasiya vasitəsinə çevrilib. 

"2018-ci ilin dekabrında Ermənistanda jurnalist Mher Yereqazyan Paşinyan hökumətinin təzyiqlərinə etiraz edərək aclıq aksiyası keçirdi və aclıqdan öldü. Bu məsələyə nə ATƏT reaksiya verdi, nə də "Sərhədsiz Reportyorlar”, – o əlavə edib. 

Müşfiq Ələsgərli "Sərhədsiz Reportyorlar”ın bu kimi məsələlərə qərəzli yanaşdığını söyləyir: "Bu kimi təşkilatlar insan haqlarının pozulması hallarını balansı qoruyaraq ictimailəşdirməlidirlər".


Onun sözlərinə görə, atılan addımlar bir dövləti süni şəkildə demokratiya beşiyi kimi təqdim etmək, digərini isə haqlı-haqsız gözdən salmaq kimi görünür: "Dezirin eyni vəzifəyə təkrar seçilməsi məsələsi bu yöndə suallara aydınlıq gətirmək üçün yaxşı fürsətdir. 

Sonda Azərbaycanın beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq qurmasında maraqlı olduğunu deyən Müşfiq Ələsgərli onların ikili standartlardan əl çəkərək münasibətləri qarşılıqlı faydalılıq üzərində qurmalı olduqlarını söyləyib. 

Xalid Ağəliyev: "ATƏT-in media ofisinin siyasətini hansısa fiqurların dəyişəcəyini düşünmək yanlışdır”
 
 

Media məsələləri üzrə ekspert Xalid Ağəliyev isə deyir ki, görünənə görə, hökumət Azərbaycanda medianın durumunun problemsiz olması düşüncəsini hələ də dəyişməyib. 

"Hesab edirlər ki, ölkədə hər şey yaxşıdır, yaxşıları pis göstərən isə ATƏT-in, digər əlaqəli beynəlxalq qurumların hesabatlarıdır”, – o qeyd edib. 

Ekspert bildirir ki, son 10-15 ildə ATƏT-in Azəbaycanda medianın durumu ilə bağlı yanaşmasında sapmalar müşahidə edilməyib. Onun fikrincə, bu qurumlar real durumu dilə gətirib, çağırışlar ediblər. 

Onun qənaətincə,  ATƏT-in  media ofisinin siyasətini hansısa fiqurların dəyişəcəyini düşünmək yanlışdır. 

Xalid Ağəliyev Arlem Dezirin yerinə başqasının gəlməsində israr etməyin faydalı olacağını düşünmür: "Medianın, onun fəaliyyətinin yaxşılaşdırılmasına çalışmaq lazımdır. O zaman ATƏT-in media məsələləri üzrə nümayəndəsinin kim olmasının əhəmiyyəti qalmayacaq”.

Şəbnəm Adil

Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Siyasət

Bakı Moskva ilə əlaqələri daha da gücləndirmək istəyir

6 Mart 2024

Rəsmi səhifə

Martın 5-də Bakıda Azərbaycan və Rusiya arasında turizm və mədəniyyət, həmçinin Azərbaycan-Rusiya dövlət sərhədindən keçid məntəqələrinin və avtomobil yolu infrastrukturunun inkişafına dair ikitərəfli əməkdaşlığın gücləndirilməsi üzrə bir sıra sənədlər imzalanıb. Toplum TV xəbər verir ki, bu barədə Azərbaycan Nazirlər Kabinetinin Mətbuat xidməti məlumat yayıb.  Bildirilir ki, Rusiya Hökumətinin sədri Mixail Mişustin Bakıya iki günlük səfəri çərçivəsində Azərbaycan Baş naziri Əli Əsədov ilə görüş keçirilib. Görüş vaxtı tərəflər Azərbaycan-Rusiya strateji tərəfdaşlığının müxtəlif sahələrdə yüksək səviyyədə olduğunu bildiriblər. Həmçinin 2023-cü ildə qarşılıqlı ticarətin əldə olunmuş 4,3 milyard ABŞ dolları həcmində rekord səviyyəsindən məmnunluq ifadə ediblər.  "Nəqliyyat-tranzit sahəsi Azərbaycan-Rusiya əməkdaşlığının əsas istiqaməti kimi...
Siyasət

İranla münasibətlər bərpa olunur, azərbaycanlı diplomatlar qayıdacaq

6 Mart 2024

Açıq mənbələrdən götürülüb

Azərbaycan diplomatlarının tezliklə İrana qayıtmasına dair razılıq əldə olunub. Toplum TV xəbər verir ki, martın 5-də Ciddədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov iranlı həmkarı Hüseyn Əmir Abdullahian ilə görüşüb.  Görüş zamanı Azərbaycanın İrandakı Səfirliyinin əməkdaşını qətlə yetirən şəxsin məhkəməsinin nəticəsi ilə bağlı müzakirənin aparıldığı bildirilib.  https://toplum.tv/siyaset/piranda-azerbaycan-sefirliyine-huumlcum-etmis-sexs-edam-edilecekp Müzakirələrdən sonra Azərbaycan Respublikasının diplomatik nümayəndə heyətinin yaxın vaxtlarda İrana göndərilməsi ilə bağlı qərar qəbul edilib.  Xatırladaq ki, ötən il yanvarın 27-də Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə silahlı hücum olub. Hücum edən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin mühafizə xidmətinin iki əməkdaşı...

Seçilmiş Videolar

Toplum TV loqo