Siyasət

Rey Kərimoğlu: “İndiki ödənişlər qazilərin ehtiyaclarının 10 faizini ödəyir”

2 Dekabr, 2020
2233
Qazilər Birliyininin Mətbuat Xidmənin rəhbəri, Birinci Qarabağ müharibəsində iştirak etmiş keçmiş döyüşçü Rey Kərimoğlu "Toplum TV”-nin suallarını cavablandırıb. 

- Rey bəy, Sizcə, müharibə iştirakçılarına ayrılan məbləğ qənaətbəxşdirmi?

- Bu problem bütün dövrlərdə mövcud olub. Şəhidə, qaziyə ayrılan pensiyaların da, təqaüdlərin də məbləği azdır. Ümumiyyətlə, vətənə hansı dövrdə xidmət etməsindən asılı olmayaraq qazilər fərqləndirilməməlidir. Ayrılan vəsait indiki həyat şərtlərinə uyğun hesablanmayıb, yəni bu rəqəmlər qazilərin ehtiyaclarının təxminən 10%-ini ödəyir. Son dövrlərdə məbləğlə bağlı dövlət proqramına dəyişiklik olunmayıb. Yəni şəhid ailələri, qazilər əvvəlki illərdə olduğu kimi, yenə eyni miqdarda təqaüd, pensiya alacaqlar. Qazilərə ayrılacaq vəsaitlə bağlı ictimaiyyətə açıqlanan rəqəmlər prezident təqaüdüdür. Döyüşdə iki ayağını itirmiş qəhrəman qaziyə 130-150 manat müavinət ödənəcək. İş stajları olmayanlara pensiya verilmir. Şəhid ailələrinə isə 300 manat pul ayrılıb, bu pul da onların ailə üzvləri - atası, anası, həyat yoldaşı və uşaqları arasında bölünür. Yəni şəhidin övladlarına o 300 manatın cəmi 100 manatı çatır.

İndiyə qədər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bu adamların həyat şəraitinin yaxşılaşdırılması üçün müxtəlif işlər görüb: 9 min Qarabağ əlili və şəhid ailəsinə pulsuz mənzil ayrılıb. 7 min Qarabağ əlilinə və onlara bərabər tutulan şəxslərə maşın verilib. Bundan başqa, ildə bir dəfə onlar üçün sanatoriyalara göndəriş verilir. Amma bütün müharibə iştirakçıları bu imkanlardan yararlana bilməyib. Hansı adamlar ki, növbəyə durur, onlara güzəşt edilir. Bəs növbə tutmayanlar? Sovet dövründə bütün müharibə əlillərinə maşın verilirdi. Amma indi Nazirlər Kabinetinin qərarına əsasən  bu, yalnız müəyyən qruplara şamil olunur.

Məsələylə bağlı dəfələrlə parlament üzvlərinə müraciət olunsa da, nəticəsini olmayıb. İndi qüvvədə olan  qanun, sərəncam və təlimatlarsa 90-cı illərin sonunda - dövlət büdcəsi zəif olan dövrdə qəbul edilib.

- Qazi tələbələrin təhsil haqqı məsələsi də müzakirə olunan mövzulardandır. Sizcə, bu problem necə həll olunmalıdır? 

- 2014-cü ildə prezidentin imzaladağı sərancama əsasən, Qarabağ qazilərin, şəhid ailələrinin və onlara bərabər tutulan şəxslərin övladları təhsil haqqından azaddırlar, onların təhsil haqqı dövlət büdcəsi hesabına ödənir. Amma 2016-cı ildəki aprel döyüşləri zamanı müharibə iştirakçılarıyla bağlı yeni situasiya yarandı, məlum oldu ki, döyüşlərdə yaralanan insanların əksəriyyəti 18-20 yaş aralığındadır. Yəni bu şəxslər təhsil alacaq yaşdadırlar. Bəs onlar - müharibədən qayıdıb təhsilini davam etmək istəyən gənclər necə olsun? Təəssüf ki, qanunda bu məsələ öz əksini tapmayıb. Özəl kolleclər və universitetlər təhsil haqqını istəməkdə davam edir. Bu müəssisələrin xidmətdə olan tələbələrin borclarını silməklə bağlı öhdəliyi yoxdur. Ona görə də qanunvericilikdəki boşluq aradan qaldırılmalıdır.

- Bu boşluq daha çox hansı qurumun günahıdır – hökumətin, yoxsa Milli Məclisin?

- Milli Məclisin fəaliyyəti qəanətbəxş deyil, çünki deputatların övladları müharibəyə getməyib. Parlament problemi müzakirəyə çıxara, verilən təklifləri nəzərdən keçirə bilər. Amma çox təəssüf ki, onlar bu məsələdə kifayət qədər maraqlı deyillər.

- Müharibə iştirakçılarının problemləri, adətən, sosial mediada paylaşıldıqdan sonra həllini tapır. Sizcə, niyə?

- Qazilərin, şəhidlərin yaşadıqları evlərə baxın. Əksəriyyəti vaqonda, şəraitsiz evlərdə yaşayır. Niyə yaralı qazi aylarla evində baxımsız qalmalıdır? İcra qurumları xahiş-minnətlə 50-100 manat verir, bununla da öz işlərini bitmiş hesab edirlər. Bəzən bu qrumlar heç zənglərə də düz əməlli cavab vermirlər, şəhid ailəsi qəbula yazılmaq üçün həftələrlə gözləməli olur. Bütün bunlar vətənə, dövlətə xəyanətdir. Nazirlik sosial müdafiə məsələsi ilə məşğuldur; qeyri-hökümət təşkilatları isə adından da göründüyü kimi, bütün problemləri həll edəcək qurumlar deyil. QHT-lərə maliyyə dəstəyi olmadığından onlar bu işi öz imkanları daxilində görməyə çalışırlar. İcra hakimiyyətinin fəaliyyəti isə qəanətbəxş deyil. Harınlamış məmurlara qalsaydı, torpaqlar hələ də işğalal atındaydı. Millət, dövlət üçün vuruşan belə oğullara belə münasibət yaraşırmı?

Fikrimcə, məsələ gedib prezidentə çatmır. Dövlət başçısı son çıxışları zamanı vurğuladı ki, vətən üçün fədakarlıq edənlərə hər şərait yaradılacaq. Mən buna ümid edirəm.

- Məsələlərin İlham Əliyevə çatmadığını düşünürsüz. Bu vəziyyəti dəyişmək üçün Siz nə təklif edirsiz?

-Necə ki, Ailə, Qadın, Uşaq məsələri ilə bağlı Dövlət Komitəsi, Qaçqın və Məcburi Köçkünlərin iş üzrə Dövlət Komitəsi var, müharibədə bütün müharibə iştirakçıları canını fəda edən insanlar üçün də belə təşkilat yaradılamlıdır. Şəhid və Qarabağ ailələrinin, eləcə də müharibə iştirakçıarının problemlərilə məşğul ola biləcək, onların dərdlərinə can yandıracaq ayrıca dövlət qrumuna ehtiyac var.

 Roza Məmmədova

Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Siyasət

Bakı Moskva ilə əlaqələri daha da gücləndirmək istəyir

6 Mart 2024

Rəsmi səhifə

Martın 5-də Bakıda Azərbaycan və Rusiya arasında turizm və mədəniyyət, həmçinin Azərbaycan-Rusiya dövlət sərhədindən keçid məntəqələrinin və avtomobil yolu infrastrukturunun inkişafına dair ikitərəfli əməkdaşlığın gücləndirilməsi üzrə bir sıra sənədlər imzalanıb. Toplum TV xəbər verir ki, bu barədə Azərbaycan Nazirlər Kabinetinin Mətbuat xidməti məlumat yayıb.  Bildirilir ki, Rusiya Hökumətinin sədri Mixail Mişustin Bakıya iki günlük səfəri çərçivəsində Azərbaycan Baş naziri Əli Əsədov ilə görüş keçirilib. Görüş vaxtı tərəflər Azərbaycan-Rusiya strateji tərəfdaşlığının müxtəlif sahələrdə yüksək səviyyədə olduğunu bildiriblər. Həmçinin 2023-cü ildə qarşılıqlı ticarətin əldə olunmuş 4,3 milyard ABŞ dolları həcmində rekord səviyyəsindən məmnunluq ifadə ediblər.  "Nəqliyyat-tranzit sahəsi Azərbaycan-Rusiya əməkdaşlığının əsas istiqaməti kimi...
Siyasət

İranla münasibətlər bərpa olunur, azərbaycanlı diplomatlar qayıdacaq

6 Mart 2024

Açıq mənbələrdən götürülüb

Azərbaycan diplomatlarının tezliklə İrana qayıtmasına dair razılıq əldə olunub. Toplum TV xəbər verir ki, martın 5-də Ciddədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov iranlı həmkarı Hüseyn Əmir Abdullahian ilə görüşüb.  Görüş zamanı Azərbaycanın İrandakı Səfirliyinin əməkdaşını qətlə yetirən şəxsin məhkəməsinin nəticəsi ilə bağlı müzakirənin aparıldığı bildirilib.  https://toplum.tv/siyaset/piranda-azerbaycan-sefirliyine-huumlcum-etmis-sexs-edam-edilecekp Müzakirələrdən sonra Azərbaycan Respublikasının diplomatik nümayəndə heyətinin yaxın vaxtlarda İrana göndərilməsi ilə bağlı qərar qəbul edilib.  Xatırladaq ki, ötən il yanvarın 27-də Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə silahlı hücum olub. Hücum edən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin mühafizə xidmətinin iki əməkdaşı...

Seçilmiş Videolar

Toplum TV loqo