12:02, 01 İyun 2020 (Bazar ertəsi) 125

Rezidenturaya qəbul imtahanının vaxtı açıqlanıb

Rezidenturaya qəbul imtahanının vaxtı açıqlanıb
"İyulun sonu avqustun əvvəli üçün rezidenturaya qəbulun olması planlaşdırılır”. 

"Report” xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə keçirdiyi onlayn brifinqdə deyib. 

O bildirib ki, iyun və iyul ayı üçün bu imtahanın keçirilməsi düşünülmür: "Böyük ehtimalla bu imtahan avqust ayının əvvəlində iki mərhələli şəkildə keçiriləcək”.