13:25, 24 Oktyabr 2020 (Şənbə) 138

Rusiya ABŞ-dakı Qarabağ danışıqlarının nəticəsindən xəbərsizdir

Rusiya ABŞ-dakı Qarabağ danışıqlarının nəticəsindən xəbərsizdir
Rəsmi Moskva Trampın "Qarabağ danışıqlarına irəliləyiş var" bəyanatında nəyin nəzərdə tutulduğunu bilmir.

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov ABŞ prezidenti Donald Trampın "Qarabağ danışıqlarında irəliləyiş var" bəyanatına şərh edib.
 
Bu barədə "RİA Novosti" xəbər verib. 

Rusiya Trampın qiymətləndirməsi ilə razıdırmı sualına D.Peskov "Biz hələ bilmirik" deyə cavab verib.

Qeyd edək ki, Donald Tramp 23 oktyabrda ABŞ tərəfinin iştirakı ilə baş tutan danışıqlara münasibət bildirərkən "Çox yaxşı irəliləyiş var" var deyib. O, Qarabağ münaqişəsinin nizamlanmasında iştirak etdiyini bildirib, amma Ermənistan tərəfiylə şəxsən görüşüb-görüşmədiyi məsələsinə aydınlıq gətirməyib.