17:33, 13 Noyabr 2020 (Cümə) 137

Rusiya sülhməramlılarının komandanı seperatçı rejimin lideriylə görüşüb

Rusiya sülhməramlılarının komandanı seperatçı rejimin lideriylə görüşüb


/ DÜNYA


Dağlıq Qarabağda yerləşən Rusiya sülhməramlı kontingentinin rəhbəri general-leytenant Rüstəm Muradov bölgədəki qondarma seperatçı rejimin lideri Araik Arutunyanla görüşüb. Bu barədə noyabrın 13-də Arutunyan özünün "Feysbuk" hesabında məlumat yayıb.

"Bu gün Artsaxa ("DQR") atəşkəs rejiminə nəzarət etmək üçün gələn Rusiya Sülhməramlı Qoşunlarının komandanı general-leytenant Rüstəm Muradovu qəbul etdim. Görüş zamanı sülhməramlı kontingentin məsul missiyasının həyata keçirilməsi ilə bağlı konkret məsələlər barədə fikir mübadiləsi apardıq", - Arutunyanın yaydığı açıqlamada bildirilib.
 
Görüş barədə əlavə məlumat verilməyib.