14:04, 16 Oktyabr 2020 (Cümə) 59

Rusiyada bir gündə 15 min koronavirusa yoluxma

Rusiyada bir gündə 15 min koronavirusa yoluxma
Rusiyada sutka ərzində koronavirusa yoluxma sayı 15 mini keçib.

Rusiyada son sutka ərzində 15 150 nəfər koronavirus (COVID-19) infeksiyasına yoluxub.

Bu göstərici pandemiya dövründə maksimum gündəlik artımdır.

Rusiya Operativ Qərargahının məlumatına görə, son sutka ərzində koronavirusda 232 nəfərin ölüb. 

Ümumilikdə, koronavirusdan ölənlərin sayı 23 723 nəfərə çatıb.