12:00, 20 May 2020 (Çərşənbə) 364

Rusiyada bir gündə 8 764 nəfərdə koronavirus aşkarlanıb

Rusiyada bir gündə 8 764 nəfərdə koronavirus aşkarlanıb
Rusiyada koronavirusa yoluxanların sayı artıb.

"Report” xəbər verir ki, bunu ölkənin Operativ Qərargahı açıqlayıb.

Bununla da Rusiyada COVID-19-a yoluxanların sayı 308 705 nəfərə çatıb.

Ölkədə virusdan ölənlərin sayı isə 135 nəfər artaraq 2 972-yə yüksəlib.

Bundan başqa, Rusiyada indiyədək koronavirusa yoluxan 85 392 nəfər sağalıb.

Bildirilib ki, yeni yoluxmaların əksəriyyəti paytaxt Moskvada aşkarlanıb – 2 699.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 213 ölkə və bölgədə qeydə alınıb.