11:43, 28 May 2020 (Cümə axşamı) 175

Rusiyada koronavirusdan ölənlərin sayı artıb

Rusiyada koronavirusdan ölənlərin sayı artıb
Rusiyada son sutka ərzində daha 8371 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.

APA-nın verdiyi məlumata görə, Rusiyada COVID-19-a yoluxanların sayı 379 051 nəfərə çatıb.

Son sutka ərzində 174 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 4142 nəfərə çatıb.

Xəstəlikdən sağalanların sayı 150 993 nəfərdir.