12:25, 26 May 2020 (Çərşənbə axşamı) 285

Rusiyada son sutka ərzində daha 8915 nəfər koronavirusa yoluxub

Rusiyada son sutka ərzində daha 8915 nəfər koronavirusa yoluxub
Rusiyada koronavirusa yoluxanların sayı artıb.

APA-nın verdiyi məlumata görə, Rusiyada COVID-19-a yoluxanların sayı 362 342 nəfərə çatıb.

Son sutka ərzində 174 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 3807 nəfərə çatıb.

Xəstəlikdən sağalanların sayı 131 129 nəfərdir.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə dünyada ABŞ-dan sonra ikinci yerdə gəlir.