18:06, 30 İyul 2020 (Cümə axşamı) 449

Rusiyadan Azərbaycan və Türkiyənin birgə hərbi təlimlərinə münasibət

Rusiyadan Azərbaycan və Türkiyənin birgə hərbi təlimlərinə münasibət
Rusiya Xarici İşlər Nazirliyi Azərbaycan və Türkiyənin birgə hərbi təlimlərinə münasibət bildirib.

Bu barədə APA məlumat yayıb.

Rusiya Xarici İşlər Nazirliyinin İnformasiya və Mətbuat Departamentinin direktor müavini Aleksey Zaytsev bildirib ki, əldə olunan məlumata görə, Azərbaycan və Türkiyə arasında hərbi sahədə əməkdaşlıq haqqında razılaşma əsasında 29 iyul-10 avqust tarixlərində Azərbaycan ərazisində birgə, planlaşdırılmış, əməliyyat taktiki hərbi təlimləri keçirilir.

"Biz, xüsusilə bir müddət əvvəl Azərbaycan-Ermənistan sərhədində baş verən münaqişəni nəzərə almaqla, ən diqqətli şəkildə regiondakı vəziyyəti izləyirik, tərəfləri o cümlədən hazırkı hərbi fəaliyyətlərində təkidli şəkildə təmkinli olmağa çağırırıq", - deyə o qeyd edib.