Siyasət

Rusiyalıların neçə faizi Putinin 2036-cı ilədək prezidentliyini istəmir?

30 İyun, 2020
702
Vladimir Putinin Konstitusiyaya təklif etdiyi düzəlişləri dəstəkləyən və dəstəkləməyən rusiyalıların faizi eynidir, lakin prezidentlik müddətlərinin "sıfırlanması” təklifini rusiyalıların dörddə üçü dəstəkləməyib.

AzadlıqRadiosunun Rus xidməti yazır ki, Sergei Belanovsky-nin sosioloqlar qrupunun telefonla apardığı sorğudan belə nəticə alınıb.

Sorğunun nəticələrinə görə düzəlişlərin leyhinə və əleyhinə olanların faizi müvafiq olaraq 28 və 32-dir.

Sorğu bunu da göstərib ki, səsvermədə rusiyalıların 60 faizi iştirak etmək istəyir.

Sorğu nəticələrindən bəlli olub ki, Rusiya prezidentinin və hökumətinin səalihiyyətlərinin artırılmasını istəyənlər azlıqda qalır.


Müddətlərin "sıfırlanmasını” 24 faiz dəstəkləyir

Düzəlişlərdən yalnız birinə – Rusiya qanunvericiliyinin beynəlxalq qanunvericilikdən yüksək tutulması barədə müddəaya respondentlərin 64 faizi tərəfdar olub.

Bu kateqoqiyaya aid olan başqa düzəlişləri respondentlərin 41 faizindən 19 faizinədək dəstəkləyib.

Amma hazırkı prezidentin müddətlərinin "sıfırlanmasını” respondentlərin yalnız 24 faizi dəstəkləyib. Onların 76 faizi Putinin indiyədək keçirdiyi prezidentlik müddətlərinin ləğvi əleyhinə çıxıb.

Belanovsky 2011-2012-ci illərdə hakimiyyətə qarşı etirazların olacağını düzgün proqnozlaşdırmaqla məşhurlaşıb.

İndi isə Belanovsky-nin qrupu bu ilin 18-24 iyun tarixlərində sorğu keçirib.

Bu sorğunun maliyyələşdirilməsi Rusiya vətəndaşlarının könüllü ianələri ilə həyata keçirilib.

Sorğunu telefonla BCG zəng mərkəzi keçirib.

Sorğuda 1267 nəfərin rəyi öyrənilib.


Nəticə onsuz da əvvəlcədən bəllidir

Konstitusiya düzəlişlərini dəstəkləyənlərin 48 faizi "prezidentimizin bütün qərarlarını dəstəkləyirəm” motivini səsləndirib. Daha 40 faiz düzəlişləri bəyəndiyini bildirib.

Dəyişiklikləri dəstəkləyənlərin yalnız 30 faizi Putinin prezidentlik müddətlərinin "sıfırlanmasına” dəstək verib.

Dəyişikliklərin əleyhinə səs verənlərin 63 faizi "bəzi düzəlişləri bəyənmirəm” motivini verib.

Respondentlərin 58 faizi "müddətlərin sıfırlanması əleyhinəyəm” deyib.
Səsvermədə iştirak etmək istəmədiyini bildirənlərin 55 faizi deyib ki, nəticə onsuz da əvvəcəldən bəllidir. Daha 35 faiz səsverməni boykot etdiyini deyib.

Rəy sorğusunu keçirən sosioloqlar qrupu bildirib ki, reallıqda bu dəyişiklikləri səsvermədən keçirmək çətin olmalıydı, çünki bunun əleyhinə olanları pay faizi olduqca yüksəkdir.

Onların fikrincə, prezidentlik müddətlərinin "sıfırlanması” isə ümumiyyətlə minimum tələbi təmin etməyə bilərdi.
Sosioloqlar deyirlər ki, düzəlişlər topası ilə səs qoyulmasaydı, bu maddə heç cür keçə bilməzdi. Bu maddə Vladimir Putinə 2036-cı ildək prezidentlik etmək imkanı verir.

Rusiyada Konstitusiya düzəlişlərinə səsvermə həftə ərzində keçirilir.

Əsas səsvermə günü iyulun 1-dir. Həmin gün bazar günü elan edilib.

Rəsmi məlumatlara görə ötən dörd gün ərzində səsverməyə elektoratın 37, 2 faizi gəlib.

Ümumilikdə 40 miyon seçicinin səs verdiyi bildirilir.

Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Siyasət

Bakı Moskva ilə əlaqələri daha da gücləndirmək istəyir

6 Mart 2024

Rəsmi səhifə

Martın 5-də Bakıda Azərbaycan və Rusiya arasında turizm və mədəniyyət, həmçinin Azərbaycan-Rusiya dövlət sərhədindən keçid məntəqələrinin və avtomobil yolu infrastrukturunun inkişafına dair ikitərəfli əməkdaşlığın gücləndirilməsi üzrə bir sıra sənədlər imzalanıb. Toplum TV xəbər verir ki, bu barədə Azərbaycan Nazirlər Kabinetinin Mətbuat xidməti məlumat yayıb.  Bildirilir ki, Rusiya Hökumətinin sədri Mixail Mişustin Bakıya iki günlük səfəri çərçivəsində Azərbaycan Baş naziri Əli Əsədov ilə görüş keçirilib. Görüş vaxtı tərəflər Azərbaycan-Rusiya strateji tərəfdaşlığının müxtəlif sahələrdə yüksək səviyyədə olduğunu bildiriblər. Həmçinin 2023-cü ildə qarşılıqlı ticarətin əldə olunmuş 4,3 milyard ABŞ dolları həcmində rekord səviyyəsindən məmnunluq ifadə ediblər.  "Nəqliyyat-tranzit sahəsi Azərbaycan-Rusiya əməkdaşlığının əsas istiqaməti kimi...
Siyasət

İranla münasibətlər bərpa olunur, azərbaycanlı diplomatlar qayıdacaq

6 Mart 2024

Açıq mənbələrdən götürülüb

Azərbaycan diplomatlarının tezliklə İrana qayıtmasına dair razılıq əldə olunub. Toplum TV xəbər verir ki, martın 5-də Ciddədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov iranlı həmkarı Hüseyn Əmir Abdullahian ilə görüşüb.  Görüş zamanı Azərbaycanın İrandakı Səfirliyinin əməkdaşını qətlə yetirən şəxsin məhkəməsinin nəticəsi ilə bağlı müzakirənin aparıldığı bildirilib.  https://toplum.tv/siyaset/piranda-azerbaycan-sefirliyine-huumlcum-etmis-sexs-edam-edilecekp Müzakirələrdən sonra Azərbaycan Respublikasının diplomatik nümayəndə heyətinin yaxın vaxtlarda İrana göndərilməsi ilə bağlı qərar qəbul edilib.  Xatırladaq ki, ötən il yanvarın 27-də Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə silahlı hücum olub. Hücum edən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin mühafizə xidmətinin iki əməkdaşı...

Seçilmiş Videolar

Toplum TV loqo