Siyasət

Rövşən Hacıbəyli: “Vətəndaş cəmiyyətilə dialoq mürtəce qanunların dəyişməsindən başlamalıdır”

22 Sentyabr, 2020
476
Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bu yaxınlarda 96 qeyri-hökumət təşkilatının rəhbəri ilə görüşdü. Daha əvvəl o, 74 QHT sədrilə görüş keçirmişdi. 

Toplum TV bu QHT-lərdən bəziləri haqqında araşdırma aparıb. 

2007-ci ildə Azərbaycanda Qeyri-hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası yaradılıb. Şura hər il qrant müsabiqəsi keçirərək müxtəlif layihələrə görə QHT-lərə maliyyə ayırır. Bəzən bu təşkilatların layihələrini ayrı-ayrı dövlət qurumları da maliyyələşdirir. 
Məsələn, Ailə, Qadın, Uşaq Problemləri üzrə Dövlət Komitəsi 2020-ci ildə 41 QHT-yə 8 nominasiya üzrə 236.990 manat məbləğində maliyyə vəsaiti ayırıb.

Gülayə Səfərova: "QHT-lərin əsas vəzifəsi dövlətin yanında olmaqdır” 

"Ailə Dünyası” Ailələrə Hüquqi Yardım İctimai Birliyi 2019-2020-ci illərdə iki layihəyə ümumilikdə 18000 manat qrant alıb.

"İnsan alverindən zərər çəkmiş və zərər çəkməsi ehtimal olunan şəxslərin müdafiəsi və sosial reabilitasiyasının həyata keçirilməsi” layihəsinə 10.000 manat, bölgələrdə insan alverinə qarşı mübarizə üzrə təbliğat və maarifləndirmə işlərinə görəsə 8.000 manat ayrılıb.

Birliyin sədri Gülayə Səfərova Toplum TV-yə deyib ki, QHT-lərin əsas vəzifəsi dövlətin yanında olmaqdır:  "QHT-lər vətəndaş cəmiyyətidir və dövlətin sütunlarıdır. Çalışmalıyıq ki,problemlərin həllində hər zaman dövlətin yanında olaq”.

2005-ci ildən fəaliyyət göstərən təşkilatın "Facebook” səhifəsi daha çox xəbər portalı kimi fəaliyyət göstərir.Təşkilatın "ailedunyası.qht.az (http://ailedunyas%C4%B1.qht.az)” saytına  daxil olmaqsa mümkün deyil. G.Səfərova "Toplum TV”nin bununla bağlı sualına "Problem sizdədir, sayt işləkdir” deyə cavab verib. 
 

"XXI əsrin qadınları”nın sosial şəbəkədəki son paylaşımı 2 il qabaq olub
 

Mahirə Əmirhüseynovanın rəhbərlik etdiyi "XXI Əsrin Qadınları” İctimai Birliyi son iki ildə 3 dəfə qrant müsabiqəsinin qalibi olub. 

Onlardan biri regionlarda erkən və qeyri-rəsmi nikahlarla mübarizə kampaniyalarının təşkili ilə bağlıdır və buna görə təşkilata 10.000 manat pul verilib. 

İnsan alverinin qurbanlarına psixoloji hüquqi yardım və maarifləndirmə işinin təşkilinə görə təşkilata 9.000 manat, insan alveri qurbanları üçün sosial reabilitasiya mərkəzinin fəaliyyətinin təşkili, sosial reklamların çəkilməsi, insan alveri ilə mübarizə sahəsində maarifləndirmə işinin təşkilnə görəsə 10.000 manat vəsait ayrılıb. 

"XIX əsrin qadınları” 2017-ci ildə insan alverinə qarşı mübarizə üzrə maarifləndirmə, bu sahədə psixoloji və hüquqi yardım təşəbbüslərinin dəstəklənməsi üçün 7.000 manat, 2018-ci ildə isə insan alverinin qurbanlarına sosial-hüquqi yardımın göstərilməsi üçün 8.000 manat alıb. 

Xəbər saytlarında birliyin yeni layihələrə start verməsi haqqında məlumat olsa da, onların icrasıyla bağlı xəbərlər yoxdur. 
Təşkilatın "Facebook” səhifəsində "Vətəni başqa millətlərin ayağına verən birindən hər şeyi gözləmək mümkündür” adlı son paylaşım 2018-ci il mayın 25-də çap olunub.

Videoçarx çəkilişinə 8.000 manat 

Milyonçu-xeyriyyəçi Musa Nağıyev haqqında "Mənəviyyat carçısı” adlı videoçarxın çəkilməsi üçün "Milli Dəyərlərin Qorunması” İctimai Birliyinə 2020-ci ildə nə az, nə çox, 8.000 manat vəsait ayrılıb.

Birliyin 2019-cu ildə 6.500 manata ərsəyə gələn "Nurlu əməllərin işığında” adlı sənədli filminə "Youtube” kanalında cəmi 33 nəfər baxıb.

Təşkilatın sədri Dilarə Muxtarova-Nağıyeva tarix elmləri fəlsəfə doktorudur. Daha çox babası M.Nağıyev haqqında müsahibələriylə tanınır. Bu təşkilatın nə saytı, nə də "Facebook” səhifəsi var, ona görə də fəaliyyətiylə bağlı məlumat əldə etmək mümkün olmadı.

162 nəfərin baxdığı film

"Mədəniyyətin və Milli Ənənələrin Təbliği" İctimai Birliyi "Mübariz” sənədli filminin çəkilişi üçün 10.000 manat qrant alıb.

Təşkilatın 2019-cu ildə hazırladığı "Heydər Əliyev və Qarabağ” sənədli filminə "Youtube”kanalında cəmi 162 nəfər baxıb.

Sədr Büllur Məmmədova "Facebook” səhifəsində ölkə gündəmilə əlaqəli ardıcıl paylaşımlar edir. Yeri gəlmişkən, o, Müsavat Partiyasının və Milli Şuranın üzvü, haqqındakı məhkəmə hökmünə etiraz olaraq 17 gün aclıq edən Tofiq Yaqublunun həbsdən azad olunmasını "radikal müxalifətçiliyə zərbə” kimi qiymətləndirib.
 

Snayperçi haqqında 8 nəfərin izlədiyi film 

"Mədəni İnkişaf Mərkəzi" İctimai Birliyi bu il hazırlamalı olduğu "Çiyin-çiyinə" qısametrajlı sənədli film üçün 10.000 manat qrant alıb.

Sədr Gəray Əlibəyov 2005-ci ildən Azərbaycan Əsilzadələr Məclisinin üzvüdür. 

Birliyin adını daşıyan iki "Facebook” səhifəsindəki son paylaşım 2019-cu ilə aiddir.

Birliyin keçən il 6.500 manata ərsəyə gətirdiyi "Snayperçi - Qarabağda görüşənədək" qısametrajlı sənədli-bədii filmini cəmi 8 nəfər izləyib.
 

Konsert üçün 13.000 manat 

"Xan Şuşinski” Fondunun müsabiqədə qalib gəlmiş iki layihəsinin ümumi dəyəri 21.000 manatdır.

"Könlüm keçir Qarabağdan” adlı konsert proqramı üçün təşkilata 13.000 manat vəsait ayrılıb.

Qarabağ həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması məqsədilə "Könlüm keçir Qarabağdan” adlı beynəlxalq tədbirlərin təşkil edilməsinə görəsə fond 8.000 manat alıb. 

2017-2018-ci illərdə eyniadlı 2 konsertin keçirilməsi üçün təşkilata ümumilikdə 16.000 manatlıq qrant alıb. Konsertlər Praqa və Londonda təşkil edilib.

Başçının keçmiş müavini QHT sektorunda 

"Kimsəsiz Uşaqların Sosial Müdafiəsi” İctimai Birliyi bir neçə ildir ki, ardıcıl olaraq müsabiqələrin qalibi olur.

2019-cu ilin birinci rübündə təşkilat "Erkən nikahın doğurduğu fəsadlar və onların aradan qaldırılması istiqamətində cəmiyyətin maarifləndirilməsi”nə 6.500 manat və həmin ilin 2-ci rübündə  "Uşaqları və gəncləri məişət zorakılığından qorumaq üçün cəmiyyətin maarifləndirilməsi”nə 8.000 manat pul alıb. 

2018-ci ildə keçirilən müsaqibədə "Uşaqların zərərli dini cərəyanlardan qorunması üçün regionlarda seminarların təşkili”nə görəsə birliyə 2.900 manat vəsait verilib.

Birliyinin sədri Təranə Əhməd regionlarda erkən və qeyri-rəsmi nigahlarla mübarizə kampaniyalarına - "Düşünülməmiş nigah və məsuliyyətsiz münasibətlər ailə faciəsinin əsasıdır” layihəsinə 6500 manat qrant alıb. 

2017-ci ildə isə bu QHT-yə "Azyaşlılarda ictimai mədəniyyət və əxlaq qaydalarının aşılanması” kampaniyasının təşkili ilə bağlı 6.000 manat verilib. 

"Gəncə Regional Qadın Mərkəzi” İctimai Birliyi həm 2019-cu ildəki "Ailə qanunvericiliyinin təbliği və məişət zorakılığının qarşısının alınması layihəsinə, həm də  2020-ci ildəki "Gender əsaslı zorakılığın qarşısının alınması” layihəsinə 6.000 manat məbləğində qrant qazanıb. 

2017-ci ildə isə Türkan Əlizadəyə gender əsaslı zorakılıq qurbanlarına hüquqi və psixoloji yardım göstərən Gəncə Yardım Mərkəzinin yaradılmasına 6.000 manat vəsait verilib. 2018-ci ildə isə Mərkəzinin fəaliyyətinin davam etdirilməsinə 7000 manat ayrılıb. 

Birliyin sədri Məleykə Əlizadə mediaya açıqlamalarında Gəncə-Qazax regionu üzrə 4 universitet və bir kollecdə gənc qızlara müxtəlif mövzularda 2 ay ərzində 9 təlim keçdiyini bildirib. 

M.Əlizadə əvvəllər Şəmkir rayon icra hakimiyyətində icra başçısının müavini vəzifəsində çalışıb, 2017-ci ildə işdən azad olunduqdan sonra QHT sektoruna keçib. 

Birliyin sosial media paylaşımları ötən ilə aiddir. 

Adı var, özü yox   

"Demokratik Cəmiyyət və Qadın Hüquqlarının Müdafiəsi” İctimai Birliyi (sədr Mehriban Abdulla) 2019-cu ildə toplam 15.000 manat dəyərində iki layihəsinə qrant alıb. 

"İnsan alverinə qarşı mübarizə üzrə maarifləndirmə, psixoloji və hüquqi yardım mövzusunda tədbirlərin təşkili məqsədilə birliyə 8.000 manat, "İnsan alverinin qurbanı olma!” layihəsinə görəsə 7.000 manat vəsait ayrılıb. 

2017-ci ildə internet üzərindən həyata keçirilən "İnsan alverinə SON!” layihəsinin 6.000 manata başa gəldiyi qeyd edilir. 

Birlik fəaliyyəti haqda ardıcıl olaraq "Facebook” səhifəsində paylaşımlar etsə də, birliyin (http://dcqhm.qht.az/?fbclid=IwAR3M3ZQDytYajn03Dby9j2Ip_GnGZZKPnJTSCJfvvuJG7piT5OmGqmaxsEM) saytına daxil olmaq mümkün olmayıb.
 

"Tərəqqi” Sosial-iqtisadi Araşdırmalar İctimai Birliyi 2019-2020-ci illərdə iki layihəsi üçün toplam 12.500 manat qrant alıb. Bunlar yeniyetmə və gənclər arasında erkən nikah və qeyri-rəsmi nikahlarla mübarizə, ailə institutunun inkşafına dair maarifləndirmə (6.500 manat) və yeniyetmə və gənclər arasında biznesə başlama bacarıqlarının artırılması (6.000 manat) layihələridir.
Birliyin "Facebook” səhifəsində sədr İndira Şəmsivari haqqında bəzi xəbərlər paylaşılsa da, təşkilatın hansısa sosial-iqtisadi araşdırması gözə dəymir.

"Kimi oğlunun, kimi qızının adına QHT açıb”

"Azərbaycanda kimi oğlunun, kimi qızının, kimi də həyat yoldaşının adına QHT yaradıb özüyçün iş yeri açıb” - "Azadlıq” qəzetinin redaktoru, hüquq müdafiəçisi Rövşən Hacıbəyli belə deyir. 

O hesab edir ki, Prezident Administrasiyasında istər partiya sədrləri, istərsə də QHT sədrləriylə keçirilən görüşlər növbəti "islahat” şousudur.

"İllər əvvəl ölkədə və beynəlxalq səviyyədə tanınan QHT-lərimiz vardı. Xarici donorlardan qrant alıb həm dövlətə vergi verir, həm də maarifçilik işi aparırdılar. Həyatın müxtəlif sahələri üzrə çox gərəkli işlər görürdülər. Hökumətdən asılılıq da yox idi. Müxtəlif tədqiqatlar aparır, boşluqları göstərir, hesabatlar hazırlayıb yayırdılar. Rüşvətə və korrupsiyaya bulaşmış hakimiyyət üçün onlar arzuolunmaz şəxsə çevrilmişdilər”.

R.Hacıbəyli son illər QHT-lərlə bağlı qanuna edilən mürtəce dəyişikliklərə, bu qurumlara qarşı basqılara diqqət çəkərək deyir ki, prezidentin köməkçisi həmin görüşlərdən əvvəl həmin dəyişiklilkləri aradan qaldırmalıydı: "Bu dəyişikliklər olmadan hökümətlə vətəndaş cəmiyyəti arasında uğurlu dialoq yaranmayacaq.

 Əslində, hakimiyyəti anlamaq olar, onlar düşünürlər ki, hüququnu bilən, onun uğrunda mübarizə aparan vətəndaş təhlükəlidir; demokratiyanı beşiyindəcə boğmaq lazımdır. Ona görə 2013-2014-cü illərdən etibarən hökumət QHT-ləri "zərərsizləşdirməyyi” qarşısına məqsəd qoydu. Bir çox tanınmışları həbsə atmaqla, eyni zamanda QHT-lər haqqında qanuna dəyişikliklər etməklə həqiqi fəaliyyəti olan ictimai birliklərin axırına çıxdı”. 

Q.Hacıbəyli deyir ki, QHT-lərə maliyyə dəstəyi büdcəyə ayrılan vəsaiti talamaq üçün bir vasitədir: "Hikmət Hacıyevin görüşdüyü QHT-lər, ya da Ədalət Vəliyevin görüşdüyü siyasi partiyalar; heç bir fərqi yoxdur. Bugünkü QHT-lərin hamısının birlikdə İntiqam Əliyevin (Hüquq Maarifçiliyi Cəmiyyəti), iqtisadçılar qrupunun və adını çəkmədiyim başqa təşkilatların təkbaşına gördüyü iş qədər fəaliyyəti yoxdur. Bütün layihələr Şuraya bu və ya digər şəkildə yaxın olanların qazanc yeridir”.

Roza Məmmədova

Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Siyasət

Bakı Moskva ilə əlaqələri daha da gücləndirmək istəyir

6 Mart 2024

Rəsmi səhifə

Martın 5-də Bakıda Azərbaycan və Rusiya arasında turizm və mədəniyyət, həmçinin Azərbaycan-Rusiya dövlət sərhədindən keçid məntəqələrinin və avtomobil yolu infrastrukturunun inkişafına dair ikitərəfli əməkdaşlığın gücləndirilməsi üzrə bir sıra sənədlər imzalanıb. Toplum TV xəbər verir ki, bu barədə Azərbaycan Nazirlər Kabinetinin Mətbuat xidməti məlumat yayıb.  Bildirilir ki, Rusiya Hökumətinin sədri Mixail Mişustin Bakıya iki günlük səfəri çərçivəsində Azərbaycan Baş naziri Əli Əsədov ilə görüş keçirilib. Görüş vaxtı tərəflər Azərbaycan-Rusiya strateji tərəfdaşlığının müxtəlif sahələrdə yüksək səviyyədə olduğunu bildiriblər. Həmçinin 2023-cü ildə qarşılıqlı ticarətin əldə olunmuş 4,3 milyard ABŞ dolları həcmində rekord səviyyəsindən məmnunluq ifadə ediblər.  "Nəqliyyat-tranzit sahəsi Azərbaycan-Rusiya əməkdaşlığının əsas istiqaməti kimi...
Siyasət

İranla münasibətlər bərpa olunur, azərbaycanlı diplomatlar qayıdacaq

6 Mart 2024

Açıq mənbələrdən götürülüb

Azərbaycan diplomatlarının tezliklə İrana qayıtmasına dair razılıq əldə olunub. Toplum TV xəbər verir ki, martın 5-də Ciddədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov iranlı həmkarı Hüseyn Əmir Abdullahian ilə görüşüb.  Görüş zamanı Azərbaycanın İrandakı Səfirliyinin əməkdaşını qətlə yetirən şəxsin məhkəməsinin nəticəsi ilə bağlı müzakirənin aparıldığı bildirilib.  https://toplum.tv/siyaset/piranda-azerbaycan-sefirliyine-huumlcum-etmis-sexs-edam-edilecekp Müzakirələrdən sonra Azərbaycan Respublikasının diplomatik nümayəndə heyətinin yaxın vaxtlarda İrana göndərilməsi ilə bağlı qərar qəbul edilib.  Xatırladaq ki, ötən il yanvarın 27-də Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə silahlı hücum olub. Hücum edən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin mühafizə xidmətinin iki əməkdaşı...

Seçilmiş Videolar

Toplum TV loqo