17:58, 16 Yanvar 2020 (Cümə axşamı) 239

Sarkisyanın əmlak şikayəti qəbul edilməyib

Sarkisyanın əmlak şikayəti qəbul edilməyib


/ DÜNYA
Ermənistan prokurorları korrupsiya ittihamı ilə üzləşən keçmiş Prezident Serj Sarkisyanın əmlakına qoyulmuş həbsi qaldırmaqdan imtina edib, - Azadlıq Radiosunun Erməni Xidməti xəbər verir.

Xüsusi İstintaq Xidməti (SIS) Sarkisyanın bank hesablarını və əmlakını donduraraq ona ölkəni tərk etməyi qadağan edib. Bildirilir ki, o, 2013-cü ildə fermerlərə subsidiya olunmuş dizel yanacağının verilməsi üçün ayrılmış 489 milyon dram (1 milyon dollardan çox) dövlət vəsaitinin "bir qrup məmur tərəfindən mənimsənilməsini” təşkil edib.

SIS iddia edir ki, Sarkisyanın aşağı qiymət təklif edən başqa bir yanacaq idxalçısının deyil, çoxdankı dostu Barseq Beqlaryana aid şirkətin qazanmasını təmin etmək üçün hökumət tenderinə müdaxilə edib. Eks-prezident ittihamı rədd edib, onun siyasi motivli olduğunu iddia edib.

Baş Prokurorluğun sözcüsü çərşənbə günü Azadlıq Radiosunun Erməni Xidmətinə verdiyi açıqlamada bildirib ki, qurum Sarkisyanın vəkilinin aktivlərin dondurulmasının durdurulması tələbini rədd edib. Vəkil Amram Makinyan qərarı qınayıb.

"Mən qəti əminəm ki, hər iki müstəntiqin Prezidentin əmlakını həbs altına qoyma qərarı və prokurorların etirazımızı heçə sayması qanuni deyil”,- Makinyan bildirib.

SİS həmçinin Beqlaryana qarşı korrupsiya ittihamları irəli sürüb. Zəngin iş adamı da ittihamları qəbul etmir.

Hüquq-mühafizə orqanı ötən həftə bildirib ki, korrupsiya iddiası ilə bağlı istintaq işini bitirib və nəticələr prokurorluğa göndərilib. İşin sonlanması Sarkisyanın mühakiməsinə gedən yolu açacaqdır, - xəbərdə qeyd edilir.

Makinyan həçinin qeyd edib ki, müvəkkili Baş nazir Nikol Paşinyanı ictimai tənqid etdiyi üçün qisas anlamında daha bir mühakiməyə cəlb olunub. İstintaqçılar və Paşinyanın siyasi müttəfiqləri bunu inkar edirlər.

Ermənistanı 2008-2018-ci illərdə idarə edən Sarkisyan noyabrın 20-də Xorvatiyada keçirilən Avropa Xalq Partiyasının qurultayındakı çıxışında Paşinyan hökumətini demokratiyaya təhlükə yaratmaqda və müxalifəti boğmaqda ittiham edib. O, 2018-ci ilin aprelində kütləvi etirazlar dövründə istefa verib.