18:24, 11 Dekabr 2019 (Çərşənbə) 291

Seçki məntəqələrinə çip oxuyan cihaz qoyulacaq

Seçki məntəqələrinə çip oxuyan cihaz qoyulacaq
"Bu, yeni nəsil şəxsiyyət vəsiqələrinin oxunması ilə əlaqədardır”

Bütün seçki məntəqələri çip oxuyan cihazlarla təmin olunacaq. Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında MSK sədri Məzahir Pənahov belə deyib.

"Report”un verdiyi məlumata görə, MSK sədri deyib ki, bu, yeni nəsil şəxsiyyət vəsiqələrinin oxunması ilə əlaqədardır:

"Bu, ilk dəfə olaraq bələdiyyə seçkilərində tətbiq olunacaq. Hesab edirəm ki, bununla bağlı heç bir problem olmayacaq”.