22:18, 11 İyul 2020 (Şənbə) 876

Şəhərin görünməz qəhrəmanları

 
 
 
Xüsusi karantin günlərində şəhərin görünməz qəhrəmanlarından biri də kuryerlərdir.

Pandemiyanın geniş yayılmasına baxmayaraq onların işi dayanmır.

Hər gün onlarla sifarişi çatdıran kuryerlər bəzən çətinliklərlə qarşılaşırlar.

Digər nəqliyyat vasitələrinin onları görməzdən gəldikləri vaxtlar da olur.

Ən böyük problemləri isə vaxtında çatdırılma etmədikdə yaranır.

Çox zaman müştərilər bu çətinlikləri nəzərə almadan kuryerlərdən şikayətlənə bilirlər.

Bəzən yaxınları bu təhlükəli işdə çalışmağa qarşı gəlsələr də, onlar sənətlərini sevdiyini deyirlər.                                                                                                                              
Tək istəkləri müştərilərin onalara qarşı anlayışlı olmasıdır.
 
Hazırladı: Zülfiyyə Quliyeva