11:35, 13 İyul 2020 (Bazar ertəsi) 269

Şəhid olan hərbçi Ağstafada dəfn edilib

Şəhid olan hərbçi Ağstafada dəfn edilib
Ötən gün Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində gedən döyüşlərdə şəhid olan Azərbaycan hərbçisi, çavuş Sadıqov Vüqar Lətif oğlu dəfn olunub.  

APA-nın yerli bürosunun verdiyi xəbərə görə, V.Sadıqov doğulduğu Ağstafa rayonu, Yuxarı Göycəli kəndində torpağa tapşırılıb.

Dəfn mərasimində Rayon İcra Hakimiyyətinin rəhbərliyi, hərbçilər və rayon ictimaiyyəti iştirak edib.