11:14, 19 Sentyabr 2020 (Şənbə) 161

Şəki bazarı bağlandı

Şəki bazarı bağlandı
Sentyabrın 18-dən Şəki rayon və kəndlərini  ərzaq, paltar məhsulları  ilə təmin edən bazar tamamilə boşaldılıb. Bu haqda Toplum TV-nin bölgə müxbiri xəbər verir. 

Şəki rayon İcra Hakimiyyətindən verilən məlumata görə bazarın bağlanması kütləvi yoluxma halları ilə bağlıdır və hal hazırda dezinfeksiya işləri aparılır.

Qeyri-rəsmi məlumata əsasən bazarda təxminən 1000 nəfər işləyir. Bazara qonşu rayonlardan da ərzaq təminatı üçün gəlirlər. 

Şəki bazarında həm də yerli əhali kənd təsərrüfatı məhsullarını satır.

Burda işləyən sahibkarlar bazarın bağlanmasının onlara cox böyük miqdarda ziyan vurdugunu deyirlər. 

Şəkidə bundan qabaq da xüsusi karantin rejimində  bazar bir neçə dəfə bağlanıb və burda işləyənlərin dediklərinə görə çoxu dövlətdən yardım ala bilməyib.

2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib. Bu il martın 11-də Dünya Səhiyyə Təşkilatı (DST) koronavirusu pandemiya elan edib. Dünyada sürətlə yayılan bu virusa indiyə qədər 30 milyon 380 çox şəxsin yoluxduğu bildirilir. Onlardan da 951 mindən çox şəxsin vəfat etdiyi açıqlanıb.   Bu ilin maryından da Azərbayvanda COVİD-19-la bağlı karantin rejimi tətbiq olunub.Rəsmi məlumata görə Azərbaycanda indiyədək  38894 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 36424 nəfər müalicə olunaraq sağalıb, 572 nəfər vəfat edib, aktiv xəstə sayı 1898 nəfərdir.
 
Vüsal Süleyman