Sosial

“Sənətimi kiçik biznesə çevirdim” – Əl işləri sənətçisi

20 May, 2020
2202
"Bakı iş başında" rubrikasının budəfəki qəhrəmanı Xəyal Vəlicanovdur. 

O, əl işləri sənəti ilə məşğul olub, taxta materiallardan müxtəlif əşyalar, aksessuarlar düzəldir. 

Əslən Şəkidən olan Xəyal, taxta materiallarla işləməyi atasından öyrənib: "Uşaqlıqdan özümün də marağım var idi. Amma əsas sənəti atamdan öyrənmişəm, atam dülgərdi. Əslində indi bu sənət əl işləri kimi anılsa da, dülgərlik sənəti ilə bağlıdır və başlanğıcını ordan alır. Mən özüm də ilk olaraq dülgər kimi başladım işə. Daha sonra hobbi kimi xırda əşyalar düzəltməyə başladım. Sonra gördüm ki, bu əşyalara maraq çoxdur və insanlar bu əşyaları pul verib almaq istəyir, mən də sənətimi  kiçik biznesə çevirdim”.
 

Xəyal Bakının müxtəlif ərazilərində, düzəltdiyi əl işlərini müştərilərinə təqdim edir. 

Dediyinə görə bu peşə ilə bağlı maddi cəhətdən heç bir sıxıntısı yoxdur: "Şükür Allaha, başqa heç bir işlə məşğul olmağıma ehtiyac yoxdur. Bu sənət dolanmağıma kifayət edir”.

O, həm də ölkədə bu peşənin daha da tanınması ilə bağlı müxtəlif sərgi və tədbirlərə də qatılıb: "Sənəti tanıtmaq üçün bəzən müəyyən sərgilərə qatılıram. Həmin sərgilərdə fərqli sənətlərlə məşğul olan sənətkarlar hazırladıqlarını nümayiş etdirirlər. İnsanlar maraqlanır, və düzəltiyim əşyaları alırlar”.

Əşyaları düzəltməklə bərabər, onların üzərinə insanların istədikləri kəlmələri də yaza bilən qəhrəmanımız bu işdə xüsusi bir incəlik və çətinlik də olduğunu inkar etmir: "Hər bir sənətin müəyyən çətinlikləri olduğu kimi bu işin də bəzi çətinlikləri var. Yeri gələndə müştəri onu bilmir, ancaq biz bilirik.  Avadanlıqdan doğru şəkildə istifadə, bəzi müştərilərin istəyinə uyğun kəlmələrin yazılması da, xüsusi incəlik tələb edən tərəflərdəndir. Ancaq peşəni sevdikdən sonra bu kimi məsələlərin öhdəsindən gəlmək problem olmur”.

Çətinliklərdən söz düşmüşkən Xəyal Vəlicanoc mövcud vəziyyət və pandemiya şəraitinin də sənətinə vurduğu ziyandan danışıb. 

O, karantin elan olunduqdan sonra doğma şəhəri Şəkiyə qayıtmalı olub: "Karantin ümumilikdə çox ziyan vurdu. İşimiz tamamilə dayandı. Təbii ki, Bakıda maraq daha çoxdur deyə, Bakıdan kənarda fəaliyyət göstərmək də eyni nəticəni vermir. 2 ay ərzində evdən çıxmamışıq. Amma vaxtı səmərəli keçirmək üçün, yeni əşyalar, suvenirlər hazırlayırıq. Karantin bitəndən sonra müştərilərimizə təqdim edə biləcəyik”.
 
Şəhla Abbas



Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Sosial

Azad edilmiş ərazilərdə evlərini özləri inşa etmək istəyənlərin müraciətlərinə baxıla bilər

6 Mart 2024

Açıq mənbələrdən götürülüb

Azad edilmiş ərazilərdə evlərini özləri inşa etmək istəyən vətəndaşların müraciətlərinə baxıla bilər. Toplum TV xəbər verir ki, bu, Nazirlər Kabinetinin 2023-cü il üzrə fəaliyyəti haqqında hesabatında əks olunub. Qeyd edilib ki, yenidənqurma prosesi Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları üzrə işlənilmiş, Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş “İşğaldan azad edilmiş ərazilərin Ümumi Planı” əsasında həyata keçirilir.  https://toplum.tv/sosial/psu-ve-kanalizasiya-probleminin-helline-milyardlarla-manat-teleb-olunurp Hesabatda bərpa və yenidənqurma, eləcə də sərmayələrin cəlb edilməsi işində özəl sektor və vətəndaş cəmiyyəti ilə əməkdaşlığın əhəmiyyət kəsb etdiyi vurğulanıb. Belə ki, bunun büdcə vəsaitinə qənaət edilməsinə şərait yaradacağı bildirilib.  “Bərpa-quruculuq proseslərində iştirak etmək istəyən şəxslər tərəfindən konkret müraciətlər olacağı təqdirdə, onlara yaşayış...
Sosial

Din xadimlərinin attestasiyasına başlanılıb

4 Mart 2024

Açıq mənbələrdən götürülüb

İslam dininə aid ibadət yerlərində və ziyarətgahlarda çalışan din xadimlərinin attestasiyasına başlanılıb. Toplum TV xəbər verir ki, bu barədə martın 4-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) məlumat yayıb. Bildirilib ki, bu məqsədlə Attestasiya Komissiyası yaradılıb. Komissiyada DQİDK və Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) nümayəndələri ilə yanaşı, ilahiyyatçı alimlər təmsil olunurlar. https://toplum.tv/sosial/pemin-emrullayev-azerbaycan-elmine-ayrilan-maliyye-azdirp Attestasiya prosesində fəaliyyət dövrünün 5 ilini tamamlamış 64 din xadiminin iştirakı nəzərdə tutulur. Attestasiyanın martın 6-da başa çatması planlaşdırılır. Qeyd edək ki, “Dini etiqad azadlığı haqqında” qanuna görə, “İslam dininə aid ibadət yerlərinə və ziyarətgahlara din xadiminin təyin olunması, attestasiyası və tutduğu vəzifədən azad edilməsi Qaydası”na əsasən, İslam...

Seçilmiş Videolar

Toplum TV loqo