14:50, 11 Yanvar 2020 (Şənbə) 145

SEPAH Ukrayna təyyarəsinin vurulmasına görə məsuliyyəti öz üzərinə götürüb

SEPAH Ukrayna təyyarəsinin vurulmasına görə məsuliyyəti öz üzərinə götürüb


/ DÜNYA
İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Ukrayna təyyarəsinin vurulmasına görə məsuliyyəti öz üzərinə götürüb.

RİA Novosti-nin xəbərinə görə, bu barədə İranın Hərbi kosmik qüvvələrinin komandiri, briqada generalı Əmir Əli Hacızadə deyib: 

"İran İslam İnqilabı Keşikçiləri Korpusu Ukrayna təyyarəsinin qəzaya uğraması üçün tam məsuliyyət daşıyır. Biz bütün məsuliyyəti öz üzərimizə götürürük və ölkələrin səlahiyyətlilərinin qəbul edəcəyi istənilən əmrləri yerinə yetirməyə hazırıq".