Müsahibə

Seymur Həzi: "Dağlıq Qarabağın status məsələsi açıq qalıb"

1 Dekabr, 2020
1030
Dekabrın 1-də Rusiya, Azərbaycan və Ermənistan rəsmilərinin imzaladığı bəyanata əsasən qaytarılması nəzərdə tutulan son ərazi - Laçın Azərbaycana geri qaytarılıb.

Lakin Laçın şəhərinə Rusiya sülhməramlıları nəzarət edəcək. Bu proses yeni dəhlizin açılmasına qədər davam edəcək.

Prezident İlham Əliyev dekabrın 1-də xalqa müraciətində bildirib ki, Laçın şəhəri 3 ilə Azərbaycana qaytarılacaq.

Belə olan halda baş vermiş bu hadisələr qələbə sayıla bilərmi?

Mövzu ilə bağlı "Toplum TV"nin suallarını AXCP sədrinin müavini Seymur Həzi cavablandırıb:

- Azərbaycan tərəfinin çoxlu sayda itkilərinin olduğu bildirilir. Bu barədə nə deyə bilərsiniz?

- Mənim itkilərin tam statistikası haqda məlumatım yoxdur, rəqəmlər dəqiq deyil. Çünki proses tam başa çatmayıb. Amma bütün hallarda torpaqların müharibə yolu ilə geri alınmasının itkisiz olacağına dair öhdəlik yox idi. Müharibədirsə, təbii ki, itki olacaq. Əlbəttə, Azərbaycanın torpaqlarının geri qayıtması müsbət haldır. Biz Birinci Qarabağ müharibəsində də böyük itkilər vermişik, torpaq itirmişik və müharibəni itkilərsiz təsəvvür etmək olmaz. İstəyərdik ki, bura Xankəndi, Xocalı və Xocavənd də daxil olsun, ancaq... Proses davam edir, biz arxayınlaşmamalıyıq. Bölgədə Rusiya sülhməramlılarının olması bizi xüsusilə narahat edir və bu tarixi proses davam elədikcə biz işimizi sona kimi görməliyik.

- Prezident İlham Əliyev dekabrın 1-də xalqa müraciəti zamanı Laçın şəhərinin daha üç il Rus sülhməramlıların nəzarətində qalmağı barəsində fikir səsləndirdi. Buna münasibətiniz necədir?

- Bu, əlbəttə ki, bizi narahat edir. Biz istərdik ki, Laçın tam azad olunsun. Həm Ermənistan tərəfi, həm Rusiya mətbuatı bununla bağlı dəfələrlə məlumat yaydılar, amma təəssüf ki, Azərbaycan tərəfi buna reaksiya vermədi. Və bu gün bəlli oldu ki, qarşıdakı 3 il ərzində Laçın Rusiya sülhməramlılarının nəzarəti altında olacaq.

Ancaq mülki əhalinin ora nə vaxt qayıdacağına dair hələ dəqiq məlumat yoxdur. Əgər, doğrudan da, Xankəndi, Xocalı və Xocavənddə də olduğu kimi bütün məcburi köçkünlərin qayıtması imkanı olacaqsa, bu niyə Laçına şamil olmasın? Bu məsələ sual altında qalır. Rusiya sülhməramlılarının olduğu müddətdə Laçın şəhərinə də yerli əhali qayıda bilər. Düşünürəm ki, bu məsələdə bir qədər anlaşmazlıq var.

- 3 il sonra Laçın Azərbaycana qaytarılacaqmı? Laçını da digər işğalda olan ərazilərin aqibəti gözləyirmi?

- Bu o deməkdir ki, mən ermənilərin dağıntı etməyəcəyi ilə bağlı zəmanət verməliyəm. Yox, mən bu zəmanəti verə bilmirəm. Laçının, əlbəttə ki, dağıdılması təhlükəsi var. Ancaq əgər ermənilər ordan tam çıxarılacaqsa və Laçın Rusiya sülhməramlılarının nəzarətində qalacaqsa, bu ehtimalı gözləmirəm.

- Bütün bu irliləyişlərin fonunda Dağlıq Qarabağın digər əraziləri barədə, eləcə də status-kvo haqqında danışılmır. Bu barədə fikriniz nədir?

- Bu məsələnin kimin nə deməyindən asılı olmayaraq, açıq qaldığı bəllidir. Azərbaycan bundan sonra həm Ermənistanla, həm də dünya ölkələri ilə işlərini yenidən qurmalıdır. Mən dövlət baçısı İlham Əliyevin xalqa müraciətinin mətninə baxdım. Orada İlham Əliyev Ermənistanla münasibətlərin yaxşıladırılmasından danışırdı. Bu, Azərbaycanın maraqlarına da uyğundur ki, Azərbaycan və Ermənistan arasında üçüncü qüvvənin vasitəçiliyinə ehtiyac olmayan bir vəziyyət yaransın. Yəni Azərbaycada təhlükəsizliyin zəmanəti Azərbaycan Ordusu olsun, başqa qüvvələrə ehtiyac olmasın, Türkiyə-Ermənistan münasibətləri yaxşılaşsın və Cənubi Qafqaz öz yerli sakinlərinin olsun. Bu istiqamətdə ermənilər də özlərini konstruktiv aparmalıdırlar, çünki bu, birtərəfli baş verəcək hadisə deyil. Status-kvo məsələsinə gəlincə isə bu məsələ də izahsız qalıb. Ancaq Azərbaycan öz ərazi bütövlüyü prinsipindən heç vaxt geri çəkilməməlidir və mən geri çəkilməsini də gözləmirəm.

- Fransa Senatı Dağlıq Qarabağ qondarma respublikasının tanınması haqda bəyat qəbul etdi. Fransa nümunəsini göz önündə tutaraq gələcəkdə bu yöndə dünya dövlətlərinin hansı addımlar atacağı haqqında fikriniz necədir?


- Mən Fransa Senatının qəbul etdiyi bəyanatın bundan sonra hər hansı Fransa höküməti tərəfindən tanınacağına inanmıram. Yəni Makron höküməti olmasın, bir başqa hökumət olsun. Düşünürəm ki, Ermənistana münasibətdə ən həssas yanaşan Makron hökuməti idi, özünü az qala Ermənistanın rəhbəri kimi aparırdı. Əgər o, özündə güc tapıb bu müstəqilliyi tanımadısa, başqaları da inamıram ki, tanısın. Amma, əlbəttə, Azərbaycan diplomatiyası ayıq olmalıdır, çünki bu nümunələr çox ola bilər. Bu bəyanat hüquqi qüvvəyə minməsə belə, Azərbaycana qarşı siyasi sənəd kimi qiymətəndirilməlidir.
 
Elməddin Şamilzadə

Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Müsahibə

İH şöbə müdiri: Problem müharibə iştirakçılarının işsizliyidir

17 İyul 2022

Toplum TV

Qazi Elvin Cəfərovun Sabirabad rayon İcra Hakimiyyəti qarşısında özünü yandırmasından sonra Toplum TV icra başçısı Siraqəddin Cabbarova  iki  dəfə müsahibə üçün müraciət edib, ancaq başçı hər dəfə çox məşğul olduğunu bildirərək müsahibə verməyib. Suallara  Sabirabad rayon İcra Hakimiyyəti yanında Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Müslüm Rzayev cavab verib. -Elvin Cəfərovdan başqa da Sabirabadda qazi intiharları olub. Sizcə niyə qazilər etiraz üçün son varianatı - intiharı seçirlər? - Özünü asan qazini nəzərdə tutursunuz yəqin. Onun da ailəsi intiharın səbəbi ilə bağlı müraciət edib, bizim rəhbərlik onları qəbul edib, dinləyib. Kim bu barədə soruşursa, öyrənmək istəyirsə,...
Müsahibə

Rasim Balayev AKİ-yə sədr seçildi

31 May 2022

açıq mənbədən götürülüb

Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) İdarə Heyətinin ümumi yığıncağı baş tutub. Report-un xəbərinə görə, Xalq artisti Rasim Balayev ittifaqın sədri seçilib. Toplantını Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar Rzayev açıb və ittifaqın sədrliyinə Rasim Balayev namizədliyinin irəli sürüldüyünü deyib. Anar Rzayev seçkinin açıq səsvermə ilə keçirilməsini təklif edib və onun təklifi qəbul olunub. Açıq səsvermə ilə Rasim Balayev Azərbaycan Kinematoqrafçılar İttifaqının yeni sədri seçilib. İttifaqın əvvəlki sədri Xalq yazıçısı Rüstəm İbrahimbəyov martın 10-da Rusiyada vəfat edib. O, Birinci Fəxri Xiyabanda dəfn olunub.

Seçilmiş Videolar

Toplum TV loqo