Siyasət

Şikayətçi "bu ölkənin yiyəsi yoxdur" dediyinə görə saxlanılıb

23 Sentyabr, 2020
460
Qardaşı onun Müsavat Partiyasının üzvü olduğunu deyir

Müsahibə verdiyinə görə Lənkəran rayon sakininin saxlanıldığı iddia olunur.

Göyşaban kənd sakini Daşqın Əsədov Xəzər TV-yə müsahibə zamanı məktəbin istifadəyə yararsız olmasından danışıb və daha sonra Liman Şəhər Polis Bölməsinə çağırılıb.

Bu barədə saxlanılan Daşqın Əsədovun qardaşı Mikayıl Əsədov Toplum TV-yə açıqlama verib.

Mikayıl Əsədovun sözlərinə görə, Daşqın Əsədov müsahibəsində məktəbdəki acınacaqlı vəziyyəti tənqid edib: "Məktəb 1959-cu ildə tikilib. Heç bir təmir işi aparılmayıb. Məktəbin ayaqyolusu belə yoxdur. Bina elə bir vəziyyətdədir ki, tədris prosesinə heç bir cavab vermir. Daşqın Əsədov da bunları dediyinə görə Liman Şəhər Polis Bölməsində saxlanılır". 

"O, televiziyaya deyib ki, bu ölkənin yiyəsi yoxdur. İndi ona qarşı polisin qanuni əmrinə tabe olmama ittihamı irəli sürülülüb", - deyə Mikayıl Əsədov bildirib. 

Hazırda saxlanılan vətəndaşın ailəsinə konkret heç bir məlumat verilmir. 

Bu gün məhkəməyə aparılması gözlənilir.

Lənkəran Rayon Polis İdarəsindən məsələyə münasibət bildirilməyib.

Zərifə Novruz

Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Siyasət

Bakı Moskva ilə əlaqələri daha da gücləndirmək istəyir

6 Mart 2024

Rəsmi səhifə

Martın 5-də Bakıda Azərbaycan və Rusiya arasında turizm və mədəniyyət, həmçinin Azərbaycan-Rusiya dövlət sərhədindən keçid məntəqələrinin və avtomobil yolu infrastrukturunun inkişafına dair ikitərəfli əməkdaşlığın gücləndirilməsi üzrə bir sıra sənədlər imzalanıb. Toplum TV xəbər verir ki, bu barədə Azərbaycan Nazirlər Kabinetinin Mətbuat xidməti məlumat yayıb.  Bildirilir ki, Rusiya Hökumətinin sədri Mixail Mişustin Bakıya iki günlük səfəri çərçivəsində Azərbaycan Baş naziri Əli Əsədov ilə görüş keçirilib. Görüş vaxtı tərəflər Azərbaycan-Rusiya strateji tərəfdaşlığının müxtəlif sahələrdə yüksək səviyyədə olduğunu bildiriblər. Həmçinin 2023-cü ildə qarşılıqlı ticarətin əldə olunmuş 4,3 milyard ABŞ dolları həcmində rekord səviyyəsindən məmnunluq ifadə ediblər.  "Nəqliyyat-tranzit sahəsi Azərbaycan-Rusiya əməkdaşlığının əsas istiqaməti kimi...
Siyasət

İranla münasibətlər bərpa olunur, azərbaycanlı diplomatlar qayıdacaq

6 Mart 2024

Açıq mənbələrdən götürülüb

Azərbaycan diplomatlarının tezliklə İrana qayıtmasına dair razılıq əldə olunub. Toplum TV xəbər verir ki, martın 5-də Ciddədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov iranlı həmkarı Hüseyn Əmir Abdullahian ilə görüşüb.  Görüş zamanı Azərbaycanın İrandakı Səfirliyinin əməkdaşını qətlə yetirən şəxsin məhkəməsinin nəticəsi ilə bağlı müzakirənin aparıldığı bildirilib.  https://toplum.tv/siyaset/piranda-azerbaycan-sefirliyine-huumlcum-etmis-sexs-edam-edilecekp Müzakirələrdən sonra Azərbaycan Respublikasının diplomatik nümayəndə heyətinin yaxın vaxtlarda İrana göndərilməsi ilə bağlı qərar qəbul edilib.  Xatırladaq ki, ötən il yanvarın 27-də Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə silahlı hücum olub. Hücum edən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin mühafizə xidmətinin iki əməkdaşı...

Seçilmiş Videolar

Toplum TV loqo