23:27, 22 Mart 2020 (Bazar) 245

Şikayətçi: "Yaşadığımız yer köhnə Bayıl türməsinə bənzəyir"

Nərimanov rayonu Nəsib bəy Yusifbəyli küçəsində yaşayan sakinlər onların mülkiyyət hüququnun pozulduğunu iddia edir. 

Onlar sözügedən ünvanda tikinti aparan "Melissa Group"dan şikayətçidirlər. 

Sakinlər tikintinin doğru aparılmadığını deyir. 

Bundan başqa, həmin ərazidə 12 ailədən 10-u köçürülüb, 2 ailə isə hələ də orada yaşayır. 

Sakin Yaşar Əliyevin sözlərinə görə, şikayətlərinə baxılmır. 

Məsələ ilə bağlı "Melissa Group"a zəng etsək də, zənglərimiz cavabsız qaldı. 

Nərimanov Rayon İcra Hakimiyyətindən Toplum Tv-yə bildiriblər ki, məsələ araşdırılır və yaxın zamanda həll ediləcək.

Hazırladı:
Əbülfət Baxşəli