Siyasət

"Siyasi məhbus probleminə son qoyulmalıdır"- Rəsul Cəfərov

8 Mart, 2019
1068
Sosial şəbəkələrdə "HamısınıAzadEt” həştaqı ilə kampaniya başlayıb. Kampaniyanın məqsədi insanların diqqətini Azərbaycanda siyasi məhbus kimi tanınan şəxslərin həbsdən azad edilməsi məsələsinə yönəltməkdir. Kampaniyaya çoxsaylı insan qoşulub.

Kampaniyanın müəlliflərindən, hüquq müdafiəçisi Rəsul Cəfərov Amerikanın Səsinə müsahibəsində bildirib ki, kampaniya ölkə daxilində və xaricində yaşayan bir qrup fəal tərəfindən irəli sürülüb.

"Biz son dövrlər baş verən hadisələri, hakimiyyət tərəfindən atılan addımları nəzərə alaraq bu kampaniyaya başladıq. Hesab edirik hakimiyyətin atdığı addımlar davamlı olmalıdır və adətən mart ayında məhbusların azadlığa buraxılması ilə bağlı hüquqi addımlar (əfv və ya amnistiya) atılır. Biz də istəyirik ki, bu hüquqi addımlardan siyasi məhbuslar, o cümlədən hamı bəhrələnsin. Əvvəlki illərdə bu hüquqi addımlardan müəyyən insanlar, daha az siyasi məhbus, məsələn 3-5 nəfər bəhrələnirdi,” o qeyd edib.

Hüquq müdafiəçisi kampaniyanın əsas çağırışının bütün siyasi məhbusların azad edilməsi və ölkədə siyasi məhbus probleminin köklü şəkildə həll olunması olduğunu deyib.

"Azərbaycanda siyasi məhbus prrobleminə son qoyulmalıdır. Hökumətin son addımları, Mehman Hüseynovun müdafiəsi ilə bağlı insanların birliyi, siyasi və ümumi fəallıq bütün siyasi məhbusların azadlıqa buraxılması ilə bağlı bizə ümidlər verib. Hesab edirik ki, siyasi məhbusların azad edilməsi üçün ölkə daxilində çox yaxşı məqam yaranıb və biz bu məqamdan istifadə etməliyik.”

Cəfərovun sözlərinə görə, sosial şəbəkələr həm Prezident Administrasiyası, həm də hüquq mühafizə orqanları tərəfindən izlənilir.

"Bizim məqsədimiz odur ki, onlar siyasi məhbus məsələsinin həllinin bir qrup şəxsin deyil, bütövlükdə Azərbaycan vətəndaşlarının diqqətində olduğunu görsünlər. Biz kampaniyaya martın 6-da başlamışıq, artıq yüzlərlə insan qoşulub. Kampaniyaya yalnız siyasi şəxslər deyil, cəmiyyətin bütün qruplarına aid olanlar qoşulub. İnsanların sayı durmadan artmaqdadır,” o qeyd edib.

Hüquq müdafiəçisi siyasi məhbus probleminin həlli üçün siyasi iradənin olmasını lazım bilir.

Hökumətin son addımları, Mehman Hüseynovun müdafiəsi ilə bağlı insanların birliyi, siyasi və ümumi fəallıq bütün siyasi məhbusların azadlıqa buraxılması ilə bağlı bizə ümidlər verib.

"Problemin bütövlükdə həlli üşün isə ədalətli məhkəmə sistemi qurulmalı, media, toplaşmaq azadlığı və digər fundamental azadlıqlar bərpa edilməlidir,” Cəfərov deyib.

Onun fikrincə, siyasi məhbusların azad edilməsi ilə yanaşı səhv qərarlar çıxarmış hakimlər və müstəntiqlər də cəzalandırılmalıdır.

"Bununla Azərbaycan hakimiyyəti nümayiş etdirər ki, siyasi məhbusların olmasında maraqlı deyil və bu istiqamətdə səhv addımlar atmış vəzifəli şəxsləri cəzalandırıb. Bu həm də mesaj olar ki, Azərbaycan haklimiyyəti insanları siyasi mövqeyinə görə hədəfə almayıb və bundan sonra da hədəfə almayacaq,” Cəfərov qeyd edib.

Hüquq müdafiə təşkilatları ölkədə 130-dan çox siyasi məhbusun olduğunu bildirir. Hökumət rəsmiləri isə siyasi məhbusların olmadığını, insanların qanunlar qarşısında bərabər olduğunu bildirir.

Bununla yanaşı, Avropa Şurasının Parlament Assambleyası Azərbaycanda siyasi məhbuslar üzrə məruzəçi təyin edib.

Amerikanın Səsi

Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Siyasət

Bakı Moskva ilə əlaqələri daha da gücləndirmək istəyir

6 Mart 2024

Rəsmi səhifə

Martın 5-də Bakıda Azərbaycan və Rusiya arasında turizm və mədəniyyət, həmçinin Azərbaycan-Rusiya dövlət sərhədindən keçid məntəqələrinin və avtomobil yolu infrastrukturunun inkişafına dair ikitərəfli əməkdaşlığın gücləndirilməsi üzrə bir sıra sənədlər imzalanıb. Toplum TV xəbər verir ki, bu barədə Azərbaycan Nazirlər Kabinetinin Mətbuat xidməti məlumat yayıb.  Bildirilir ki, Rusiya Hökumətinin sədri Mixail Mişustin Bakıya iki günlük səfəri çərçivəsində Azərbaycan Baş naziri Əli Əsədov ilə görüş keçirilib. Görüş vaxtı tərəflər Azərbaycan-Rusiya strateji tərəfdaşlığının müxtəlif sahələrdə yüksək səviyyədə olduğunu bildiriblər. Həmçinin 2023-cü ildə qarşılıqlı ticarətin əldə olunmuş 4,3 milyard ABŞ dolları həcmində rekord səviyyəsindən məmnunluq ifadə ediblər.  "Nəqliyyat-tranzit sahəsi Azərbaycan-Rusiya əməkdaşlığının əsas istiqaməti kimi...
Siyasət

İranla münasibətlər bərpa olunur, azərbaycanlı diplomatlar qayıdacaq

6 Mart 2024

Açıq mənbələrdən götürülüb

Azərbaycan diplomatlarının tezliklə İrana qayıtmasına dair razılıq əldə olunub. Toplum TV xəbər verir ki, martın 5-də Ciddədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov iranlı həmkarı Hüseyn Əmir Abdullahian ilə görüşüb.  Görüş zamanı Azərbaycanın İrandakı Səfirliyinin əməkdaşını qətlə yetirən şəxsin məhkəməsinin nəticəsi ilə bağlı müzakirənin aparıldığı bildirilib.  https://toplum.tv/siyaset/piranda-azerbaycan-sefirliyine-huumlcum-etmis-sexs-edam-edilecekp Müzakirələrdən sonra Azərbaycan Respublikasının diplomatik nümayəndə heyətinin yaxın vaxtlarda İrana göndərilməsi ilə bağlı qərar qəbul edilib.  Xatırladaq ki, ötən il yanvarın 27-də Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə silahlı hücum olub. Hücum edən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin mühafizə xidmətinin iki əməkdaşı...

Seçilmiş Videolar

Toplum TV loqo