17:20, 01 Sentyabr 2020 (Çərşənbə axşamı) 581

Son bir günə olan yoluxma halı: 143 nəfər

Son bir günə olan yoluxma halı: 143 nəfər
Azərbaycanda 143 yeni COVİD-19 yoluxma hadisəsi aşkarlanıb. Bu barədə sentyabrın 1-də Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat verib.

Eyni zamanda son sutka ərzində 130 nəfər sağalıb, iki xəstə vəfat edib.

Pandemiya başlayandan Azərbaycanda 36 578 nəfərdə koronavirus infeksiyası təsdiqlənib. Onlardan 33977-i sağalıb, 536-i vəfat edib, 2065 aktiv xəstə müalicəsini davam etdirir.

Ümumilikdə 928 666, son sutkada 6597  test keçirilib.
 
turan.az