17:40, 14 Avqust 2020 (Cümə) 627

Son bir günə olan yoluxma sayı: 103 nəfər

Son bir günə olan yoluxma sayı: 103 nəfər
Azərbaycanda daha 103 nəfər korornavirusa yoluxub, 221 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatına görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxan 4 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 34 018 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 31 490 nəfər müalicə olunaraq sağalıb, 504 nəfər vəfat edib, aktiv xəstə sayı 2 024 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7 969, ötən müddət ərzində isə ümumilikdə 820 002 test aparılıb.