23:35, 02 Sentyabr 2020 (Çərşənbə) 557

Son bir günə olan yoluxma sayı: 154 nəfər

Son bir günə olan yoluxma sayı: 154 nəfər
İki nəfər virusdan həyatını itirib

Sentyabrın 2-də Azərbaycanda 154 adam COVİD-19 infeksiyasına yoluxub, 139 nəfər müalicə olunaraq sağalıb, 2 pasiyent ölüb.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Bildirilib ki, Azərbaycanda indiyə qədər 36 min 732 nəfər yeni koronavirus infeksiyasına yoluxub. Onlardan 34 min 116 nəfər müalicə olunaraq sağalıb, 538 pasient isə ölüb. Hazırda aktiv xəstə sayı 2078 nəfərdir.

Operativ qərargah ötən müddətdə 935 min 396 testin aparıldığını qeyd edib: "Bugünkü test sayı isə 6730-dur”.