17:14, 25 İyul 2020 (Şənbə) 46

Son bir günə olan yoluxma sayı: 321 nəfər

Son bir günə olan yoluxma sayı: 321 nəfər
Azərbaycanda daha 321 nəfər koronavirusa yoluxub, 535 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatına görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxan 8 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 29 633 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 22 082 nəfər müalicə olunaraq sağalıb, 408 nəfər vəfat edib, 7 143 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 8 433, ötən müddət ərzində isə ümumilikdə 676 252 test aparılıb.