17:23, 29 İyul 2020 (Çərşənbə) 416

Son bir günə olan yoluxma sayı: 363 nəfər

Son bir günə olan yoluxma sayı: 363 nəfər
Azərbaycanda daha 363 nəfər koronavirusa yoluxub, 622 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatına görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxan 8 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 31 221 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 24 495 nəfər müalicə olunaraq sağalıb, 438 nəfər vəfat edib, aktiv xəstə sayı 6 288 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 9 817, ötən müddət ərzində isə ümumilikdə 708 632 test aparılıb.