17:07, 06 Avqust 2020 (Cümə axşamı) 568

Son bir günə olan yoluxma sayı: 144 nəfər

Son bir günə olan yoluxma sayı: 144 nəfər
Azərbaycanda daha 144 nəfər koronavirusa yoluxub, 435 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatına görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxan 3 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 33 247 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 29 275 nəfər müalicə olunaraq sağalıb, 479 nəfər vəfat edib, aktiv xəstə sayı 3 493 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7 050, ötən müddət ərzində isə ümumilikdə 766 179 test aparılıb.