17:31, 10 İyul 2020 (Cümə) 381

Son bir günə olan yoluxma sayı: 526 nəfər

Son bir günə olan yoluxma sayı: 526 nəfər
Azərbaycanda daha 526 nəfər koronavirusa yoluxub, 502 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin kontrolu və profilaktikası şöbəsinin müdiri Yaqut Qarayeva Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində deyib.

Onun sözlərinə görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxan 8 nəfər vəfat edib.