21:02, 14 İyul 2020 (Çərşənbə axşamı) 152

Son bir günə olan yoluxma sayı: 543 nəfər

Son bir günə olan yoluxma sayı: 543 nəfər
Azərbaycanda daha 543 nəfər koronavirusa yoluxub, 510 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxan 6 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkədə 25 113 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 16 150 nəfər müalicə olunaraq sağalıb, 319 nəfər vəfat edib. Aktiv xəstə sayı 8 644 nəfərdir.

Ötən müddət ərzində 584 min 466 test aparılıb. Bugünkü test sayı isə 8 217-dir.