19:50, 09 İyul 2020 (Cümə axşamı) 331

Son bir günə olan yoluxma sayı: 548 nəfər

Son bir günə olan yoluxma sayı: 548 nəfər
Azərbaycanda daha 548 nəfər koronavirusa yoluxub, 491 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat yayıb.

COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxan 10 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkədə 22 464 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 13 591 nəfər müalicə olunaraq sağalıb, 284 nəfər vəfat edib, 8 589 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Bu gün 7 505 koronavirus testi aparılıb.