17:21, 10 Avqust 2020 (Bazar ertəsi) 612

Son bir günə olan yoluxma sayı: 79 nəfər

Son bir günə olan yoluxma sayı: 79 nəfər
Azərbaycanda daha 79 nəfər koronavirusa yoluxub, 278 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatına görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxan 2 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 33 647 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 30 642 nəfər müalicə olunaraq sağalıb, 492 nəfər vəfat edib, aktiv xəstə sayı 2 513 nəfərdir.