19:15, 13 Avqust 2020 (Cümə axşamı) 587

Son bir günə olan yoluxma sayı: 91 nəfər

Son bir günə olan yoluxma sayı: 91 nəfər
 Azərbaycanda daha 91 nəfər koronavirusa yoluxub, 211 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatına görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxan 3 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 33 915 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 31 269 nəfər müalicə olunaraq sağalıb, 500 nəfər vəfat edib, aktiv xəstə sayı 2 146 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7 520, ötən müddət ərzində isə ümumilikdə 812 033 test aparılıb.