16:55, 23 İyul 2020 (Cümə axşamı) 108

Son bir günə olan yolxuma sayı: 347 nəfər

Son bir günə olan yolxuma sayı: 347 nəfər
Azərbaycanda daha 347 nəfər koronavirusa yoluxub, 531 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatına görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxan 6 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 28 980 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 20 974 nəfər müalicə olunaraq sağalıb, 391 nəfər vəfat edib, 7 615 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 8 829, ötən müddət ərzində isə ümumilikdə 658 782 test aparılıb.