16:05, 25 Mart 2020 (Çərşənbə) 253

Son gün ərzində İranda 143 nəfər koronavirusdan ölüb

Son gün ərzində İranda  143 nəfər koronavirusdan ölüb
İranda son sutka ərzində 2 206 yeni koronavirusa yoluxma halı aşkarlanıb.

"Report” xəbər verir ki, bu barədə ölkənin Səhiyyə nazirinin müşaviri Əli Rza Vahabzadə məlumat verib.

O, "Twitter”də yazdığı postda İranda yoluxma hallarının ümumi sayınən 27 017 nəfərə çatdığını bildirib. Nazir müşaviri həmçinin son gün ərzində 143 nəfərin virusdan öldüyünü də əlavə edib.

Onun sözlərinə görə, yoluxanlardan 9 625 nəfər sağalıb, ölənlərin sayı isə 2 077-yə çatıb.