10:54, 30 Noyabr 2020 (Bazar ertəsi) 134

Son statistika: 63 072 905

Son statistika: 63 072 905
Dünyada koronavirusa yoluxanların sayı 63 072 905 nəfərə çatıb. 

İndiyə qədər dünyada koronavirusa yoluxan 43 546 236 nəfər sağalıb, 1 465 186 nəfərsə ölüb.

Ən çox yoluxma halı ABŞ, Hindistan və Braziliyada müşahidə olunur - indiyə qədər ABŞ-da 13 750 404, Hindistanda 9 432 075, Braziliyada isə 6 314 740 yoluxma halı qeydə alınıb. 

Nazirlər Kabineti yanında Operativ qərargahın noyabrın 29-na olan məlumata görə, Azərbaycanda indiyədək 118 195 nəfərə koronavirus diaqnozu qoyulub. Onlardan 73 676 nəfər sağalıb. Azərbaycanda COVID-19-dan ölənlərin sayı 1 361 nəfərdir.

Türkiyədə 607 628 nəfər koronavirusa yoluxub, 400 242 nəfər sağalıb, 13 558 nəfər ölüb. Rusiyada indiyədək 2 269 316 nəfərdə koronavirus aşkarlanıb, onlardan 1 761 457-si sağalıb, 39 527-si ölüb. İranda isə 948 749 nəfərə koronavirus diaqnozu qoyulub. Son məlumata görə, bu ölkədə 47 874 nəfər koronavirustan ölüb. Gürcüstanda koronavirusa yoluxanların ümumi sayı 132 368-ə çatıb. Onların 110 049-u sağalıb, 1 230-i isə vəfat edib.

Ermənistanda indiyədək 134 768 nəfərə COVID-19 diaqnozu qoyulub. Onlardan 107 364 nəfər sağalsa da, 2 142 nəfər ölüb.

Koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını "COVID-19” qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.