16:55, 26 Oktyabr 2020 (Bazar ertəsi) 87

Son sutkada 8 nəfər koronavirusdan həyatını itirib

Son sutkada 8 nəfər koronavirusdan həyatını itirib
Oktyabrın 26-da Azərbaycanda 527 nəfər koronavirusa yoluxub, 131 nəfər sağalıb. 
 
Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat verib. 
 
Məlumatda 8 nəfərin virusdan həyatını itirdiyi deyilir. 
 
İndiyədək Azərbaycanda  50 min 486 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 41 min 410 nəfər müalicə olunaraq sağalıb, 679 nəfər vəfat edib. Aktiv xəstə sayı 8 397 nəfərdir.
 
Azərbaycanda ötən müddət ərzində 1 milyon 298 min 348 koronavirus testi aparılıb. Bugünkü test sayı isə 6 814-dir.