"CVK Vaqner”in kəşfiyyat tağımının keçmiş komandiri Marat Həbidulun özünün muzdlu döyüşçülüyü haqqında memuarlarını dərc edib.
Məlumata görə, artıq "Bir çaya iki dəfə” adlı kitab "Muzdlu” nəşriyyatı tərəfindən çapa hazırlanır və müəllif özünün Suriyadakı xidmətindən bəhs edir.
Dediyinə görə, o, burada Palmira şəhərinin İŞİD-dən azad edilməsində və Deyr əz-Zor uğrunda qanlı döyüşlərdə iştirak edib.
"Meduza” internet resursunun muzdlu döyüşçüdən aldığı müsahibənin əsas hissələrini "Radio Svoboda” yayımlayıb.
Rusiya hakimiyyəti "ÇVK Vaqner”in mövcuduğunu və onun Suriya müharibəsində iştirakını inkar edir.
Həbidulin "ÇVK Vaqner”ə 2015-ci ildə qoşulub.
O, Ryazan ali hərbi-desant komanda məktəbini bitirib, məşhur muzdlu qatil Vladimir Tatarenkovun qruplaşmasında iştiraka görə 1997-ci ildə həbsə məhkum edilib, cangüdən işləyib.
O deyib ki, yuxarı siniflərdən hərbçi olmağı arzulayan Habibulin "ÇVK Vaqner”də xidmətə sıravi kimi başlayıb, kəşfiyyat tağımının komandiri kimi bitirib.
Onun iddiasına görə, 2016-cı ilin martında Palmiranın İŞİD döyüşçülərindən azad olunmasında iştirak edib, bu zaman ağır yaralanıb.
"ÇVK Vaqner” rus hərbçiləri və Suriya ordusu ilə birlikdə hərbi əməliyyatlarda iştirak edib.
Həbidulin iddia edir ki, Suriyadakı Hmeymim bazasında yerləşiblər, burada hərbi əməliyyatda iştirak edən Rusiya zabitlərini görüb və Suriya hərbçilərinin bir qrupunu hazırlaşdırıb.
O deyir ki, əsas tapşırıqları muzdlu döyüşçülər yerinə yetirirdilər, nizami ordu isə kölgədə qalırdı.
O, Suriya qüvvələrini döyüşə qabil ordu hesab etmir. Rusiya ordusunun isə ön cəbhədə vuruşmadığını söyləyir.
"Desantçılar və dəniz piyadaları – tənbəl idbarlardır, həmin bazada piylənirlər. Döyüş ezamiyyətindən hamısı gombul, günəşdən qaralmış qayıdırlar”, - Həbidulin deyir.
Muzdlu döyüşçünün sözlərinə görə, Hmeymimdə və Rusiyada hospitallar ÇVK döyüşçüləri ilə dolu imiş: "2017-ci ildən başlayaraq hərbçilər döyüşçülüəri yararsız silahlarla təchiz edirdilər. Bir dəfə hətta Rusiya təyyarəsi təsadüfən vaqnerçilərə zərbə endirib. Həbidulin Palmira uğrunda döyüşlərdə qumbara yarası alıb".
Bundan sonra Moskva ətrafındakı Vişnevski adına üçüncü Mərkəzi hərbi klinik hospitalda müalicə aldığını söyləyir.
Bildirir ki, oradan Sankt-Peterburqdakı özəl, "Röyters" agentliyinin Vladimir Putinin qızının biznes-tərəfdaşı ilə əlaqələndirdiyi xəstəxanaya gətirilib.
Onun imzaladığı müqavilədə yaralandığı halda müalicə ilə bağlı heç nə yox idi, müalicəyə görə şəxsən sahibkar Yevgeni Priqojinə minnətdarlıq edir.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.
Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.
Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.