17:28, 10 İyul 2020 (Cümə) 416

TƏBİB vətəndaşların rayona getmək istəyinə cavab verdi

TƏBİB vətəndaşların rayona getmək istəyinə cavab verdi
"Müraciətlər çox olur ki, rayonlara getməyə hansısa şərtlər əsasında icazə olsun. Hər hansı şəxs özünü sağlam hiss edib Bakıya gələn və ya burdan gedərkən kimisə yoluxdura bilər. Tarix boyu epidemiyalara qarşı ilk silah karantin rejiminin tətbiqidir”. 

Bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin kontrolu və profilaktikası şöbəsinin müdiri Yaqut Qarayeva Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində deyib.

TƏBİB rəsmisi qeyd edib ki, epidemioloji vəziyyət nəzərə alınaraq bu gün kimsəni riskə atmamaq üçün bu istiqamətdə qərar verilə bilməz.

Y.Qarayevanın dediyinə görə, Azərbaycanın bütün bölgələrində çalışan tibb işçiləri arasında yoluxmalar da var:

"Ölkəyə gələn həkimlər də bu işdə bizim tibb işçilərimizə xüsusi dəstək olacaq”.